COVİD 19

Mündəricat

Covid-19 pandemiyası həyəcanı dörd aydır bütün dünyanı öz cənginə alıb. Ölkələr arasında hər növ əlaqələr dayandırılıb. Həyat sanki donub. Günəşli yaz günləri, yaşıl çəmənlərin, çiçəklərin qoxusu adamı təbiətin qoynuna çağırır sanki. Xüsusilə soyuq, depressiv və uzunsürən qışdan sonra yaz aylarında insanlarda bir oyanış əmələ gəlir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejiminə əsasən insanlar evdə oturmaq məcburiyyətindədi. Havada gəzmək və bir birilə ünsiyyətdə olmaqdan məhrumdurlar. Bu da insanların azadlığını və istirahətini məhdudlaşdıraraq müəyyən narahatlıqlara gətirib çıxarır. 

Bundan başqa insanlar həm kütləvi informasiya vasitələrindən həm də sağlamlıqlarını etibar etdikləri həkimlərdən dəfələrlə eşidəndə ki, Covid-19 ən çox yaşlılara və xroniki xəstələrə yoluxur. Daha ağır sonluqla nəticələnir, məlumdur ki, sarsılırlar. Nəzərə almaq lazımdır ki, ömrünün son illərini yaşadığını düşünən yaşlı insanlar, hansısa xroniki xəstəliklərdən əziyyət çəkən insanlar təlaş keçirirlər. Belə olduqda onlar yaşamağa və sağalmağa olan ümüdlərini itirirlər. Buna görə hər birimiz bu mövzuda bir qədər ehtiyatlı olmalıyıq. Yaşlılardan və xroniki xəstələrdən başqa sağlam insanlarda da qorxu, həyəcan, depressiya və s problemlər əmələ gəlmişdir. Həkim-nevroloq kimi deyə bilərəm ki, son iki üç aylarda qorxu, təlaş, əsəbilik və yuxusuzluq şikayətləri ilə müraciət edən pasientlərin sayı çoxalmışdır. 

Covid-19 xəstələrinə əlcək və maskadan necə istifadə etməyi aşılamaqla yanaşı sosial izolə, məsafə saxlama və evdə qalma qaydalarına əməl etmənin də nə qədər faydalı olduğunu izah etmək vacibdir. Biz həkimlər həssas qrupa daxil olan insanlara, xroniki xəstələrə və yaşlılara bu yönümdə həm də mənəvi dəstək olmalıyıq, onların koronavirusla xəstə olan şəxs ilə təmasda olmadıqları halda xəstələnmələrinin mümkün olmadığını izah etməli və narahat olmalarına əsasın olmadığına inandırmalıyıq. Sadəcə olaraq ev şəraitində insanların düzgün qidalanmasını və istirahətini təmin etmək lazımdır. Belə həssas məqamda yaşlıları, xəstələri və uşaqları qorumaq hamımızın borcudur. Təbii qidalanma, meyvə-tərəvəz, bitki çayları və bol maye işmək faydalıdır. 

 24.04.2020
Müəllif : Həkim-nevroloq  Qəndab Axundova – Covid-19

www.herba-flora.com

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.