Çiyələk təzə yeyilən və eyni zamanda bir çox qida məhsulunun tərkib hissəsi kimi istifadə edilən bir meyvədir. Çiyələk allergiyası ağcaqayın çiçək tozu allergiyasının homoloqudur. Sitrus meyvələri, xüsusən şaftalı və çiyələyin qida allergiyasına tez-tez təsadüf olunur. Çiçək tozu allergiyası olan xəstələrin təxminən 70%-i müxtəlif meyvə və tərəvəzlərə də İgE vasitəçiliyi ilə allergik reaksiya göstərir. Çiyələk allergiyası ümumi populyasiyanın 30%-nə təsir edir, meyvənin qəbulundan və ya təmasından sonra simptomlar dərhal üzə çıxır.
Allergiyanın simptomları mülayimdən çox şiddətliyə qədər dəyişə bilər. Bu meyvəyə allergiyası olan insanların eyni bitki ailəsindən olan digər meyvələrə də allergik reaksiya göstərməsi mümkündür. İnsanın immunitet sistemi bu meyvədə olan zülallara həddindən artıq həssaslıq göstərdikdə baş verir. Meyvənin bişirilməsi içindəki zülalların quruluşunu pozur, buna görə çiyələk allergiyası olan bəzi insanlar bişmiş çiyələk yeyə bilərlər.
Avropada aparılan bir araşdırmaya görə, 2 yaşdan kiçik uşaqların yalnız 3-4%-də çiyələk allergiyası var. Uşaqlıqda bu nisbət 0,5-1%-ə düşür. Çiyələk allergiyasından şübhələnən insanlar bir allerqoloqa müraciət etməli və lazımi testləri aparmalıdırlar.
Çiyələk allergiyası simptomları:
boğazda və ağızda qıcıqlanma, qaşınma, dəri qaşınması, öskürək və xırıltı, başgicəllənmə, ishal, qusma, boğazda sıxılma hissi.
Nadir hallarda çiyələk anafilaktik şok olaraq tanınan həyati təhlükəli allergik reaksiyaya səbəb ola bilər. Anafilaktik şokun əlamətləri şiddətlidir və aşağıdakı simptomlarla büruzə verir: sürətli nəbz, şişmiş dil, tənəffüs yolunu bağlayan ödemli və şişkin boğaz, qan təzyiqində əhəmiyyətli bir azalma, başgicəllənmə və huşun itməsi.
Anafilaktik şokun simptomlarını hiss edən hər kəs üçün təcili tibbi yardım almaq çox vacibdir. Şiddətli alergiyası olan insanlar həmişə yanlarında bir adrenalin preparatı daşımalıdırlar.
Allergiya müalicəsi:
Çiyələk allergiyasında tətbiq edilə bilən müalicə çiyələk və çiyələk olan bütün qidalardan imtina etməkdir. Bu meyvənin orqanizmə daxil olmasının qarşısını almaq üçün istehlak edilən bütün qidalar haqqında etiket məlumatları oxunmalıdır. Allergiyaya qarşı ən yaxşı müalicə allergendən tamamilə uzaq durmaqdır. Çiyələk allergiyası olan insanların təzə, qurudulmuş çiyələkdən, çiyələk olan cemdən, çiyələk qarışığı və çiyələkli konfetlərdən çəkinmələri lazımdır.
Bir şəxs ilk dəfə özündə allergik reaksiya görürsə, simptomların idarə olunması və mümkün müalicə variantları barədə allerqoloqla danışmalıdır.
Risk faktorları:
Ailədə qida allergiyası olanlarda, çiçək tozu allergiyası, astma və ya ekzema xəstələrində qida allergiyası riski daha yüksəkdir. Çiyələk allergiyası diaqnozunda ən çox istifadə edilən testlər: qan testləri, dəri Prik, eleminasiya testləri.
Çiyələk allergiyanız varsa, nədən çəkinməlisiniz?
Allergiya olan insanlar moruq və böyürtkənə qarşı da reaksiya göstərə bilər. Həmin insanların bu ailənin digər meyvələrindən də çəkinməyə ehtiyacları ola bilər.
Çiyələk allergiyası olan insanlar aşağıdakılara da reaksiya göstərə bilər:
lateks, ağcaqayın tozcuğu, ərik, qovun, banan, bəzi çərəzlər, kərəviz,
yerkökü.