Bişməcə nədir?
Bişməcə tez-tez körpə uşaqlarda baş verən dəri zədələnməsidir. Bişməcələr yoluxucu olmur, bir qayda olaraq, sürtünmə nahiyələrində və ya uzun müddət nəm olan yerlərdə baş verir. Mütəxəssislər uşaqlarda bir neçə növ dəri zədələnməsi ayırd edirlər ki, bu da müalicə metodunun seçilməsində böyük rol oynayır. Ümumiyyətlə uşaqlarda infeksion, allergik, qidalanma və təmasla yaranan bişməcələr məlumdur.
Uşaq bezi bişməcələri, körpənin zərif dərisinin bezlə mexaniki sürtünməsi və ya dərinin ifrazat (sidik, nəcis) hopmuş uşaq bezi ilə uzun müddət təmasda olmasının nəticəsidir. Bişməcə ən çox dərinin təbii büküşlərində, əsasən də sağrı və qoltuq altında baş verir. Bişməcələr, mükəmməl qulluq görən körpədə belə ola bilər. Ona görə ki, uşağın dərisi onun bədəninin ən həssas yeridir. Uşaqların dərisi nazik və kövşəkdir, onun qoruyucu funksiyası tam formalaşmamışdır.
Həyatının ilk ilində körpələrdə yağların tam həzm olunmaması, həmçinin nəcisin tərkibində olan karbamidin parçalanması zamanı əmələ gələn maddələr uzun müddətli təmas zamanı bişməcələrə gətirib çıxarır. Nəcisdə dərini sözün əsl mənasında korroziyaya uğradan fermentlər – proteaza və lipaza vardır. Xüsusən də diareya zamanı uşaq bezi bişməcələri bir neçə saat ərzində inkişaf edə bilər.
Uşaqlarda bişməcə necə yaranır?
Bəzən uşaqların dərisinin xüsusiyyətlərindən asılı olaraq, prosesə hər hansı bir bakterial və göbələk infeksiyası qoşula bilər. Bu da özünü bədən temperaturunun artması, iştahın pisləşməsi və digər ümumi simptomlarla özünü göstərir. Bu zaman dərhal müalicə tələb olunur.
Bişməcələr süni qidalanan, yaşına görə çəkisi artıq olan, həzm pozğunluğu olan, allergiyaya meyilli, laktaza çatışmazlığı və böyrəklərin inkişafında anomaliyalar olan körpələrdə daha tez baş verir. Həddindən artıq isti bükülmə, otaqda yüksək temperatur, gec çimizdirmə, yaş bezdə uzun müddət qalma və yanlış ölçülü uşaq bezləri dərinin zədələnməsinə gətirib çıxarır.
Uşaqlarda bişməcənin 3 dərəcəsi var:
- Dəridə kiçik qızartı sahələrinin aşkar edildiyi yüngül dərəcəli bişməcə. Burda körpənin davranışı dəyişmir, bezi dəyişdirərkən bişməcə aşkar edilir.
- Çox sayda kiçik çatlar, daha az pustulalar ilə parlaq qırmızı eroziyaların görünüşü ilə xarakterizə olunan orta dərəcəli bişməcə. Bu zaman uşaq ağlayır, narahatlıq və pis yuxu ilə özünü göstərən yanma, ağrı və qaşınmadan narahat olur.
- Daim maye ifraz olunan çatların meydana gəlməsi, eroziyaların və xoraların dərinləşməsi ilə müşayiət olunan ağır dərəcəli bişməc.
Bişməcənin müalicəsi
Pediatr uşaq bezi bişməcəsi diaqnozunu qoyursa, çətin hallarda uşaq dermatoloqu ilə məsləhətləşmə aparmalıdır. İnfeksiya şübhəsi varsa, dərinin qaşınması təhlil edilir, axıntının bakterioloji müayinəsi aparılır. Bu sadə tədqiqatlar patogenezi dəqiq müəyyən etməyə imkan verir. Bəzi hallarda allerqoloq və ya qastroenteroloqla da məsləhətləşmək lazımdır. Körpələrdə 1-ci dərəcəli uşaq bezi bişməcələrinin müalicəsində ilk növbədə, gündəlik prosedurlara çox diqqət yetirilir. Körpənin dərisinin yaş olmaması üçün uşaq bezlərini daha tez-tez dəyişdirmək məsləhətdir.
Bələmə zamanı körpənin sağrı və cinsiyyət orqanlarını yumaq, dərinin təbii şəkildə qurumasını təmin etmək məsləhətdir. Bundan sonra problemli sahələrə uşaq kremi çəkmək lazımdır. Körpənin hava vannaları qəbul etməsi yaxşıdır, yəni bir müddət çılpaq yatırtmaq olar. Körpəyə qulluqda çoxəsrlik təcrübəyə əsaslanan profilaktik tədbirlər müxtəlifdir. Zərif körpə dərisinə toxunan hər şey təbii olmalıdır. Sintetik paltarlardan imtina etmək lazımdır.
Dəridə iltihabın ilk əlamətləri varsa zədələnmiş sahələr Herba Flora şirkətinin manqanla zəngin olan Teader çayı ilə yuyulması məqsədəuyğundur. Bundan sonra həmin sahələr silinməməlidir, ancaq qurumasını gözləmək lazımdır. Dərinin bişməcə olan sahələri isə Fitooil uşaq kremi ilə işlənməlidir. Körpə diqqətlə izlənilməlidir və iltihab 1-2 gün ərzində keçməzsə, pediatrla əlaqə saxlamaq lazımdır.