Teader Çay

Dəri üçün çay

Tərkibi:
Üçbölümlü yatıqqanqal otu, aptek çobanyastığı çiçəyi, çöl qatırquyruğu otu, gicitkən yarpağı, qaraqınıq otu, bənövşə otu, kəklikotu otu, dərman pişikotu kökü, şirin biyan kökü.

İstifadəsi:
1 yaşa qədər: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 15 ml (1 xörək qaşığı) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Çaydan vanna və islatma şəklində istifadə etmək olar. Bu məqsədlə filtr-bağlamaların sayını və suyun miqdarını artırmaq lazımdır.
Qəbul müddəti bişməcə və eksudativ-kataral diatezdə 10 gün, ekzema, neyrodermit və allergik dermatitlərdə 1-3 aydır.

Buraxılış forması:
25 filtr-bağlama, karton qutuda.

Saxlanması:
Quru və sərin, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.
Saxlanma müddəti 2 ildir.

100 ml hazır dəmləmə üçün qida dəyəri:
Zülal 0 q, yağ 0 q, karbohidrat < 0,5 q.
Enerji dəyəri: < 3 kC/1 kkal.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası, Abşeron rayonu,
Qobu ŞTQ, Güzdək yolunun üstü.
www.herba-flora.com

TŞ AZ 1400297541.002-2019

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Teader – Dərinizdə təbii rahatlıq, hər fincanda bitki mənşəli müdafiə!

Teader çayı, allergik proseslərin və iltihabın sönməsinə dəstək olmaq, həmçinin dərinin funksional vəziyyətini qorumaq üçün xüsusi olaraq seçilmiş bitkilərdən ibarətdir. Teader çayı dərini zərərli faktorlardan qoruyur, bədənin allergiyaya qarşı müqavimətini artıraraq dərinin sağalma və yenilənmə proseslərini təbii yolla tənzimləməyə kömək edir.

Əsas təsiredici maddələr:

  • Üçbölümlü yatıqqanqal (Bidens tripartita) otu: aşı maddələri (polifenollar), C vitamini, manqan (Mn).
  • Aptek çobanyastığı (Matricaria chamomilla) çiçəyi: efir yağları (xamazulen, proxamazulen).
  • Çöl qatırquyruğu (Equisetum arvense) otu: C vitamini, karotin, flavonoidlər (ekvizetrin, kversetin).
  • Gicitkən (Urtica dioica) yarpağı: dəmir duzları, K və C vitaminləri, fitonsidlər.
  • Qaraqınıq (Origanum vulgare) otu: efir yağları (timol, karvakrol), aşı maddələri, C vitamini.
  • Bənövşə (Viola tricolor) otu: antosian qlikozidləri (violanin, delfinidin), aşı maddələri (tanin).
  • Kəklikotu (Thymus serpyllum) otu: efir yağları (timol, karvakrol).
  • Dərman pişikotu (Valeriana officinalis) kökü: valerian turşusu, alkaloidlər (valerin).
  • Şirin biyan (Glycyrrhiza glabra) kökü: qlisirrizin turşusu, flavonoid qlikozidləri (likviritin, likurazid).

Teader çayının faydaları:

  • Dərinin allergik reaksiyalardan qorunması və bərpası: bədənin allergiyaya qarşı həssaslığını azaldır, dəridə yaranan səpgiləri və narahatlıqları aradan qaldırır, toxumaların daha tez bərpa olunmasına kömək edir.
  • Qaşınma və sinir gərginliyinin azaldılması: sinir sistemini sakitləşdirir, allergiya zamanı dəridə yaranan diskomfortu və gərginliyi yüngülləşdirir.
  • Dərinin qan dövranının yaxşılaşdırılması və dəri strukturunun yenilənməsi: problemli nahiyələrdə qan dövranını yaxşılaşdırır, hüceyrə səviyyəsində bərpa proseslərini stimullaşdıraraq bişməcə, sızanaq, yara və trofiki xoraların sağalmasına yardım edir.
  • Daxili təmizlənmə və müdafiə: Teader çayının imalə şəklində tətbiqi bağırsaq mühitini toksinlərdən təmizləməyə kömək edir, bədənin allergenlərə qarşı müqavimətini artırır və səpgilərin sönməsini sürətləndirir.

Teader çay kimlər üçün uyğundur?

  1. Allergik reaksiyalardan və dəri səpkilərindən əziyyət çəkənlər: bədəninin allergiyaya qarşı həssaslığını azaltmaq, dəridə yaranan səpgiləri, narahatlıqları aradan qaldırmaq və toxumaların daha tez bərpa olunmasını istəyənlər üçün.
  2. Sinir gərginliyi yaşayanlar: sinir sistemini sakitləşdirməyə, allergiya zamanı dəridə yaranan diskomfortu, qaşınma və gərginliyi yüngülləşdirməyə ehtiyacı olan şəxslər üçün.
  3. Bişməcə, sızanaq, yara və trofiki xoraları olanlar: dərinin qan dövranının tənzimlənməsini, zədələnmiş yerlərin daha tez sağalmasını və dərinin sürətlə bərpa olunmasını istəyənlər üçün.
  4. Orqanizmi daxildən toksinlərdən təmizləmək istəyənlər: Teader çayı ilə imalə tətbiqi – bağırsaqları toksinlərdən təmizləməyə, bədənin allergenlərə qarşı müqavimətini artırmağa və səpgilərin sönməsini sürətləndirməyə ehtiyacı olanlar üçün.

Əlaqəli bloq yazıları:

Yatıqqanqal (çereda) nədir və təsiredici xüsusiyyətləri nələrdir?

Oxşar Məhsullar