Bəlğəmli öskürək nədir? Necə yaranır?

Mündəricat

Bəlğəmli Öskürək Nədir?

Bəlğəmli öskürək, tənəffüs yollarında ifraz olunan selikli maddənin (bəlğəmin) xaric edilməsi ilə müşayiət olunan bir öskürək növüdür. Quru öskürək yuxarı tənəffüs yollarının iltihabı zamanı selikli qişanın, uzunsov beyindəki tənəffüs mərkəzinin və beyin yarımkürələrindəki öskürək mərkəzinin qıcıqlanması nəticəsində yaransa da, bəlğəmli öskürək tənəffüs yollarını təmizləməyə və toz, mikroblar və qıcıqlandırıcılardan azad etməyə xidmət edir.

Bəlğəm necə ifraz olunur?

Bəlğəm özü yuxarı tənəffüs yollarının, traxeyanın, broxların və bronxiolaların selikli qişalarındakı qədəhəbənzər hüceyrələrdən ifraz olunur. Soyuqdəymə və müxtəlif infeksion xəstəliklər nəticəsində bəlğəm qatılaşaraq tənəffüs yollarının divarına yapışır. Bronxların mənfəzini daraldaraq tənəffüsü çətinləşdirir, bəzi hallarda isə bronxlarda obstruksiya yaradaraq boğulmaya və tənəffüs çatışmazlığına səbəb olur.
Bəlğəmli öskürəyin mahiyyəti tənəffüs yollarında iltihab və ya qıcıqlanma törədən mikrobları xaric etməkdir. Bu, bronxların divarında olan kirpikli epitelin hərəki aktivliyi nətciəsində baş verir. Bu zaman selikli qişalar daha çox bəlğəm ifraz edir, ifraz olunan bəlğəm durulaşır və asanlıqla tənəffüs yollarından xaric olur.

Bəlğəmli öskürək nəyin əlamətidir?

Bəlğəmli öskürək tənəffüs sistemində ciddi xəstəliyin olmasından xəbər verən bir simptomdur. Xüsusilə törədicisi virus, bakteriya və göbələk olan faringit, laringit, traxeit, bronxit, bronxopnevmoniya və pnevmoniya kimi xəstəliklər zamanı bəlğəmli öskürəklə rastlaşırıq. Əksər hallarda kəskin respirator xəstəliklər düzgün və zamanında müalicə olunmadığına görə bəlğəmli öskürəklə ağırlaşır. Bəlğəmli öskürəklə müşayiət olunan xəstəliklər 2-3 həftə ərzində sağalmadıqda xronik hala keçir və sağalması üçün daha uzun zaman tələb olunur. Bəlğəmli öskürəklə xronikləşən xəstəliklər zamanı fibrinolitik təsirli preparatlardan, inhalyasiyalardan və təbii bəlğəmgətirici bitki dəmləmələrindən də istifadə olunur.
Tənəffüs yollarında infeksiya (bakteriya, virus və ya göbələk) səbəbilə, iltihab yaranır və bu, bəlğəm ifrazını artırır. Toz, tüstü, allergenlər və ya digər maddələr tənəffüs yollarını qıcıqlandıra bilər.
Xüsusilə xroniki bronxit, astma, allergiya, burun və sinus boşluqlarının iltihabı, ağciyərlərin xroniki obstruktiv xəstəliyi kimi tənəffüs sistemi patologiyaları bəlğəmli öskürəklə ağırlaşa bilir.
Bəlğəmin xaric olması, nəfəs almaqda çətinlik, boğulma hissi, döş qəfəsində ağırlıq və təngnəfəslik əksər hallarda bəlğəmli öskürəyi müşayiət edir. Bu zaman bəlğəmin rəngi xəstəlikdən asılı olaraq ağ, sarımtıl, yaşılımtıl və ya qanlı ola bilər.

Bəlğəmli öskürəklə mübarizə yolları

Ev şəraitində müalicəsi aparılarsa bol maye və isti bitki çayları qəbul etmək məsləhətlidir. “Herba Flora” şirkətinin istehsalı olan Bronxanat şərbəti, Teabronx, KəklikotuCökə çayları, dəvədabanı və bağayarpağı kimi bitkilərin dəmləmələri bu baxımdan çox effektlidir. Bu bitkilərlə edilən isti buxar inhalyasiyası tənəffüs yollarını yumşaldır və bəlğəmin xaric olmasına kömək edir. Hava rütubətini normada saxlamaq da tənəffüs yollarını rahatlaşdırır. Herba Flora məhsullarından istifadə edərək öskürəyə birdəfəlik son qoya bilərsiniz!

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız