Anoreksiya xəstəliyi

Mündəricat

Anoreksiya qidalanmanın pozulmasıdır. Bu, həm bir xəstəlik kimi büruzə verə, həm də insanın öz şəxsi istəyi və iradəsi ilə yerinə yetirdiyi az və yaxud zəif, keyfiyyətsiz qidalanma ilə ortaya çıxa bilər. Çox zaman hər hansı bir xəstəlik nəticəsində iştaha pozulur ki, bunun nəticəsində anoreksiya inkişaf edir.


1. Mərkəzi sinir sistemində yerləşən qida mərkəzinin üzvi zədələnmələri nəticəsində iştahanın pozulması. Buraya xoş və bədxassəli şişlər, travmalar, işemik və hemorragik insultlar və müxtəlif zəhərlənmələr aiddir. 2. Endokrin xəstəliklər. Buraya hipofiz kaxeksiyası (hipofiz vəzi xəstəliyi) və Addison (qalxanvari vəz) xəstəliyi aiddir. 3. Xroniki üzücü xəstəliklər. Buna vərəm və xərçəng xəstəliyini misal göstərmək olar. 4. Həzm orqanlarının xəstəlikləri. Məsələn, xroniki qastrit, kəskin və xroniki pankreatit və s. 5. Sinir sisteminin funksional pozğunluqları. Buraya nevrozlar, stress halları və s. aiddir.


Uşaqlarda anoreksiya çox zaman birtərəfli qidalanma, qida rasionu və rejiminin düzgün seçilməməsi və yaxud da tez-tez dəyişdirilməsi, vitamin əskikliyi, valideyinlər tərəfindən məcburi və həddindən artıq yedizdirildikdə meydana çıxır. Sinir sisteminin funksional pozğunluğu kimi inkişaf edən anoreksiya nevrotik anoreksiya (NA) adlanır.
Nevrotik anoreksiyaya (NA) ən çox yeniyetməlik çağında olan qızlarda rast gəlinir ki, bu da əhəmiyyətli tibbi və psixoloji xəstəliklərə səbəb olur. Yeniyetmə qızlarda nevrotik anoreksiyanın əsas səbəbi ideal bədən quruluşuna sahib olmaq istəyidir. Bu zaman həmin yeniyetmələrdə öz istəklərinə çatmaq arzusu o qədər yüksək olur ki, onlar real hisslərini belə itirirlər.

Anoreksiya xəstəliyinin müalicəsi

Çox zaman bu yaşda olan qızlara ətrafdakılar tərəfindən yetərincə arıq olduqları barədə fikirlər söylənsə də, israrla qida qəbulunu normal səviyyəyə çatdırmırlar ki, bu da arzuolunmaz hallara gətirib çıxarır. Onlar ciddi şəkildə pəhriz saxlamağa davam edirlər, kalorili yeməkləri öz qida rasionundan çıxarırlar. Bəzən qida qəbulundan sonra müxtəlif üsullarla özlərini qaytarmağa məcbur edirlər. Belə yeniyetmə və gənc qızlar arasında cürbəcür sidikqovucular, arıqladıcı dərman preparatları və imalələrdən də istifadə etmək hallarına tez-tez rast gəlinir. Lakin maarifləndirmənin artırılması yolu ilə bütün insanlara bildirmək lazımdır ki, həkimə müraciət etmədən özbaşına bu üsullardan istifadə etmək müxtəlif xəstəliklərin yaranmasına zəmin yaradır və sağlamlıq üçün təhlükəlidir. Bu zaman bədən çəkisi azalır, aclıq hissi zəifləyir, endokrin pozğunluğu və distrofik dəyişikliklər, bağırsaqların atoniyası, anemiya və ciddi maddələr mübadiləsi pozğunluqları meydana çıxır. Belə patalogiyaların qarşısını almaq üçün təbii İmmunotea çayı və Şəfa vitamini şərbətindən istifadə etmək çox faydalıdır.

https://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.