Zəfəranabənzər Levzey
Tərkibi:
Ekdisten steroidi, efir yağları, alkaloidlər, inulin, fosfat turşusunun duzları, aşı maddələri və qətranlar, C vitamini, retinol və s.
Farmakoloji təsiri:
Təbii adaptogendir, orqanizmə tonuslandırıcı və ümumi möhkəmləndirici təsir göstərir, bədənin xarici mühitin əlverişsiz amillərinə və fiziki yüklənməyə qarşı müqavimətini artırır. Fiziki və zehni yorğunluq, yuxusuzluq, beyin qan dövranının pozulması, yaddaşın və zehni qabiliyyətin zəifləməsi, xroniki yorğunluq sindromu, şəkərli diabet, predmenstrual sindrom və cinsi zəiflik zamanı istifadə olunur.
Əks göstərişlər:
Epilepsiya, arterial hipertenziyalar, nevrozlar, hamiləlik, 12 yaşa qədər uşaqlar.
İstifadə qaydası:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəqiqə dəmlənir, 45 dəqiqə otaq temperaturunda soyudulur. Gündə 3 dəfə, hər dəfə 1/3 stəkan yeməkdən 30 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 3 həftədir.