Məhsullar

Stomangi̇nol

Tərkibi:

  • Nanə cövhəri – 16 ml
  • Gülümbahar cövhəri – 10 ml
  • Adaçayı cövhəri – 12 ml
  • Qliserin – 10 ml
  • Təmizlənmiş su – 52 ml

Gülümbahar çiçəyi

  • Karotinoidlər
  • Acı maddə-kalenden
  • Qlikozidlər-kalendulozid
  • Fitonsidlər

Gülümbahar cövhəri ağız boşluğunun  selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə bakterisid, dezinfeksiyaedici təsir göstərir. İltihabın sorulmasını və regenerasiyanı sürətləndirir. Diş daşlarının təmizləndikdən sonra əmələ gəlməsinin qarşısını alır.

Adaçayı yarpağı (Sürvə)

  • Efir yağı – sineol
  • Flavanoidlər
  • Alkaloidlər
  • Üzvi turşular
  • P və PP vitaminləri
  • Aşı maddələri
  • Bitki antibiotiki – salvin

Adaçayı cövhəri antiseptik və iltihabəleyhinə təsir göstərir. Iltihab əleyhinə təsir aşı maddələrlə, antiseptik  təsir isə efir yağı sineol və salvinlə əlaqədardır. Salvin hətta qızılı stafilokoklara bakteriostatik təsir edir.

İstiotlu nanə yarpağı

  • Efir yağları – mentol, menton, puleqon
  • İzovalerian və sirkə turşusu ilə mentol spirtinin mürəkkəb efiri

Antiseptik və ağrıkəsici təsir göstərir. Ağız boşluğunun selikli qişasının nın kapilyar qan dövranını yaxşılaşdırır. Regenerasiyanı və eroziyaların sağalmasını sürətləndirir. Mentol çox güclü antiseptik kimi ağız boşluğunda olan bütün növ patogen mikrofloraya təsir edir. Spazmolitik və sakitləşdirici təsir göstərir. Efir yağları ağızdan xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır.

Qliserin – suda və spirtdə yaxşı həll olan bioloji qida əlavəsidir. Yumşaldıcı təsiri olduğuna görə diş daşlarını və ərplərini  yumşaldıb tədricən parçalanmasına kömək edir.

Farmokoloji təsiri: Stomanginol  antiseptik, iltihab əleyhinə, ağrıkəsici, yarasağaldıcı ağız boşluğu və boğaz üçün təmizləyici təsirə malikdir.

İstifadəsinə  göstərişlər:

  • Diş ərpləri
  • Diş daşları
  • Halitoz ( ağızdan xoşagəlməz qoxunun gəlməsi)
  • Stomatoloji xəstəliklər (gingivit, stomatit, parodontit)
  • Boğaz xəstəlikləri (angina, tonzillit)

İstifadə qaydası: Stomanginoldan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanmalıdır. Bundan sonra vasitədən 1 xörək qaşığı (15 ml ) götürüb  gündə 3-5 dəfə ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə ərzində qarqara etmək lazımdır. Qarqaradan sonra 30 dəq. ərzində maye və ya qida qəbulu məsləhət görülmür.

Əks göstəriş: Vasitənin tərkibindəki komponentlərə qarşı fərdi allergik həssaslıq.

Buraxılış forması: 100 ml

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Ağız boşluğunun stomatiti iltihab şəklində özünü büruzə verir. Bu xəstəliyə istər uşaqlar, istərsə də böyüklər arasında çox rast gəlinir. Əslində stomatit orqanizmin qıcıqlandırıcı faktorlara qarşı cavab reaksiyasıdır. Stomatitin yaranma səbəbləri immunitet zəifliyi, virus, bakteriya, ağız boşluğu travmaları, sanitar-gigiyena qaydalarına düzgün riayət etməməkdir. Böyüklər arasında tez-tez virus mənşəli stomatitə rastlanır ki, bu xəstəlik nəticəsində ağız boşluğunda çoxsaylı qovuqlar əmələ gəlir. Bu qovuqlar isə partlayıb xoralara qədər gətirib çıxarır.
Yaz fəsli ilə əlaqədar olaraq havaların qeyri-sabit keçməsi, əhali arasında KRX-ların yayılması, digər tərəfdən koronavirus pandemiyası insanlarda xəstəliyin psevdosimptomlarını hiss etməyə şərait yaradır. Məsələn, hətta sağlam insanlar belə özündə ilkin olaraq “sanki boğazım qıcıqlanır, qaşınır, göynəyir” deyə şikayət edirlər. Bütün bu sadaladığımız problemlər zamanı ilkin etapda xəstəliyin etiologiyası araşdırılmadan simptomatik olaraq istifadə edəcəyiniz preparat bitki tərkibli olsa, daha məqsədəuyğun olar. Belə vəziyyətlərdə seçim preparatı olaraq mən sizə Herba Flora şirkətinin Stomanginol məhlulu ideal seçimdir.

Stomanginol təsiri

Stomanginol hamilə qadınlara, südverən analara, uşaqlara belə rahatlıqla təyin edə biləcəyiniz, kimyəvi konservantsız, bitki tərkibli bir vasitədir. Məhsulun özəlliyi isə ondan ibarətdir ki, dad reseptorlarını keyitmir, dadbilmə hissiyyatını pozmur və uzunmüddətli istifadəyə yararlıdır. Stomanginol spreyi nəinki kimyəvi, hətta bitki tərkibli spreylərdən fərqli olaraq ağız suyunun pH-nı dəyişmir. Nəticə etibarilə giriş qapısı olan ağız boşluğunda bakteriya, virusların orqanimzə daxil olmasının qarşısını alır. Belə ki, Stomanginol spreyinin tərkibindəki gülümbahar çiçəyi fitonsidlərlə zəngin olduğu üçün ağız boşluğunun selikli qişasında iltihabi proses əmələ gətirən mikroorqanizmlərə bakterisid və antifunqal təsir göstərir. Bununla yanaşı mikrosirkulyasiya və regenerasiyanı yaxşılaşdıraraq ağız boşluğundakı trofiki xora və yaraları sağaldır. Tərkibindəki adaçayı yarpağı efir yağı sineol ilə zəngin olduğu üçün antiseptik və iltihabəleyhinə təsir göstərir. Bitki antibiotiki salvin isə ağız boşluğunun selikli qişasında səthi eroziyalar əmələ gətirən stomatit virusunu məhv edir.

Stomanginol məhlulun tərkibindəki istiotlu nanə yarpağı efir yağı mentol sayəsində ağız boşluğunda bütün növ patogen mikrofloraya təsir edir, spazmolitik, sakitləşdirici təsir göstərir. Həmçinin ağızdan xoşagəlməz qoxunun gəlməsinin qarşısını alır. Stomanginolun tərkibindəki adaçayı və istiotlu nanə yarpağındakı rozmarin turşusu isə spirtdə aktivləşərək ağız boşluğundakı mikrofloranı yaxşılaşdırır. Eyni zamanda iltihabəleyhinə və antioksidant təsir göstərir. Herba Flora şirkətinin Stomanginol məhlulunu stomatoloji xəstəliklər (gingivit, stomatit, parodontit), boğaz xəstəlikləri (angina, tonzillit), diş ərpləri, diş daşları, halitoz (ağızdan xoşagəlməz qoxunun gəlməsi) zamanı qəbul edib tez bir zamanda vəziyyətdən çıxacaqsınız!

Stomanginoldan istifadə etməzdən əvvəl ağız boşluğu və boğaz ilıq su ilə yaxalanmalıdır. Bundan sonra vasitədən 1 xörək qaşığı (15 ml) götürüb gündə 3-5 dəfə ağız boşluğunu və ya boğazı 3-5 dəqiqə ərzində qarqara etmək lazımdır. Qarqaradan sonra 30 dəq. ərzində maye və ya qida qəbulu məsləhət görülmür. Stomanginol istifadə edin, boğaz ağrısına yox deyin!

https://herba-flora.comshop/

https://fizulihuseynov.com/

Oxşar Məhsullar