Məhsullar

Propomix Pediatrik Spreyi

Tərkibi: hər 100 ml-də:

Propolisin suda məhlulu, adaçayı yarpağının quru ekstraktı, kəklikotu otunun quru ekstraktı, exinaseya otunun quru ekstraktı, evkalipt yarpağının quru ekstraktı.

Pediatrik praktikada istifadə üçün nəzərdə tutulub

Farmakoloji təsiri:

Propolisin suda məhlulu ağız boşluğu və boğaza yerli istifadə zamanı ağrıkəsici, anestetik, qızdırmasalıcı təsir göstərir, ağız boşluğu və boğazda olan bakteriya, virus və göbələklərin yayılmasının qarşısını alır. Selikli qişaların yerli müqavimətini möhkəmləndirir. Propolis iltihab əlamətlərini aradan qaldırır, regenerasiya prosesini sürətləndirir, xora və gec sağalan yaraların sağalmasını sürətləndirir.

Tərkibində olan adaçayı, kəklikotu, exinaseya və evkalipt ekstraktları ümumilikdə antibakterial, antifunqal, antiprotozoy təsir göstərir, leykositlərin faqositar aktivliyini artırmaqla mikrobların çoxalmasının qarşısını alır, selikli qişaların baryer funksiyasını gücləndirərək mikroorqanizmlərin selikli qişalara daxil olmasını ləngidir.

Göstərişlər:

  • Uşaqlarda angina və müxtəlif mənşəli boğaz ağrıları
  • Uşaqlarda kəskin və xroniki tonzillit
  • Uşaqlarda stomatit, gingivit
  • Soyuqdəymənin ümumi müalicəsi
  • Herpetik səpgilər
  • Zökəm və burun tutulması
  • Adenoiditlər

Əks göstərişlər:

Arıçılıq məhsullarına qarşı fərdi allergik reaksiya.

İstifadə qaydası:

Gündə 2-4 dəfə, hər dəfə 3 püskürtmə ağız boşluğuna və boğaza püskürdülür. İstifadədən sonra 30 dəqiqə ərzində qida qəbulu məsləhət görülmür. 1 yaşdan yuxarı uşaqlara istifadə olunur. İsitfadə müddəti 10 gündür.

Gözlərə püskürtməkdən çəkinmək lazımdır. Təsadüfən gözlərin selikli qişasına düşərsə bol su ilə yumaq lazımdır.

Buraxılış forması:

Tünd rəngli şüşə flakonda, 30 ml, sprey-başlıqla birlikdə karton qutuda.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar