Məhsullar

İmmunotea Çayı (İmmunitet Gücləndirici)

Tərkibi:

Exinaseya otu, itburnu meyvəsi, şirin biyan kökü, böyük bağayarpağı yarpağı, qara gəndalaş çiçəyi, cirə meyvəsi, aptek çobanyastığı çiçəyi

Farmakoloji təsiri:

Orqanizmdə interferon sintezini və leykositlərin faqositar aktivliyini artıraraq immun cavabı gücləndirir, antivirus, bakterisid və fungisid təsir göstərir, mikrob hüceyrələrinin bölünməsinin və hərəkətinin qarşısını alır, orqanizmi toksiki maddələrdən təmizləyir. Antioksidant, iltihab əleyhinə, bəlğəmgətirici, qızdırmasalıcı və regenerasiyaedici təsirləri var.

İstifadəsinə göstəriş:

  • İmmunodefisit hallar

  • Qripin müalicə və profilaktikası

  • KRX-lərin müalicə və profilaktikası

  • Tənəffüs yollarının iltihabi xəstəlikləri

  • Soyuqdəymə

  • Antibiotiklərlə müalicə

  • Şüa terapiyasından sonrakı dövr

  • İntoksikasiyalar

Əks-göstərişlər:

  • Çayın tərkib hissələrinə qarşı fərdi həssaslıq.
  • Autoimmun xəstəliklər, QİÇS, vərəm, leykozlar, kollagenozlar, dağınıq skleroz.

  • Hamiləlik və laktasiya dövründə müalicə həkimi ilə məsləhətləşmək lazımdır.

İstifadə qaydası:

  • 1-4 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 30 ml (2 x. q.) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 4-7 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 50 ml (1/4 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 7-12 yaş: bir filtr-bağlamanın üzərinə 100 ml (1/2 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 100 ml (1/2 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.
  • 12 yaşdan yuxarı, böyüklər: iki filtr-bağlamanın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur. Gündə 3-4 dəfə, hər dəfə 200 ml (1 stəkan) yeməkdən 30 dəq. əvvəl ilıq şəkildə daxilə qəbul edilir.

Qəbul müddəti 14 gündür.

Buraxılış forması: 25 filtr-bağlama.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

İmmun sistemi zəif olanlar, uşaqlar, qocalar və hamilə qadınlar arasında tənəffüs yollarının iltihabi xəstəlikləri, xüsusilə virus infeksiyalarına təkrar yoluxma halları tez-tez müşahidə olunur. Bu vaxt xəstələr halsızlıq, qızdırma, çətin xaric olan bəlğəm ifrazından şikayət edir. Həm xəstəliyi sağaltmaq – simptomlarını aradan qaldırmaq və nəhayət yenidən xəstəliyə yoluxmanın qarşısını almaq məqsədi ilə Herba Flora şirkəti sizlər üçün İmmunotea çayını istehsal edib.

İmmunotea çayı yuxarı tənəffüs yollarında iltihabi əlamətlərə səbəb olan patogen mikroorqanizmlərə, viruslara qarşı təsir göstərir. Tərkibindəki exinaseya otunun exinazidləri, şirin biyan kökünün seliyi sayəsində bakterisid, virusid effekt verir. Həmçinin İmmunotea çayının tərkibində olan şirin biyan kökü, itburnu meyvəsi, bağayarpağı otu kimi bitkilər həm öz tərkiblərində olan iltihabəleyhinə maddələr hesabına, həm də orqanizmdə steroid maddələrin sintezini artırır, immun sistemi gücləndirir.  Nəticədə tənəffüs sistemindəki iltihabi prosesləri aradan qaldırır. Tənəffüs sistemində olan iltihabi proseslər nəticəsində yaranmış qatı, çətin xaric olan bəlğəm həmin xəstələri olduqca narahat edən amillərdəndir.

İmmunotea çayı tərkibində olan şirin biyan və bağayarpağı sayəsində bronxların sekretor qabiliyyətini artırır.  Beləliklə, bəlğəmin xarakterini durulaşdırır, kirpikli epitelin hərəki aktivliyini artıraraq bəlğəmin xaric olmasını sürətləndirir. Xəstəlik nəticəsində müşahidə olunan əlamətlərdən biri də qızdırmadır. Qızdırma orqanizmin müdafiə funksiyalarından olsa da, bəzən həddən artıq yüksəldikdə müəyyən fəsadlara səbəb ola bilir. İmmunotea çayı tərkibindəki qara gəndalaş və şirin biyan sayəsində tərlədici təsir göstərərək həm toksiki maddələrin orqanizmdən xaric olmasını asanlaşdırır, həm də bədən hərarətini azaldır. Xəstəlik nəticəsində yaranan iştahasızlıq və həzmsizliyi də İmmunotea çayı cirə meyvəsi, itburnu sayəsində aradan qaldırır. Tərkibində olan şirin biyan və exinaseya otu sayəsində orqanizmin həm ümumi, həm də yerli immun müqavimətini artırır. Nəticə etibarı ilə təkrar xəstəliyəyoluxma hallarının qarşısını almış olur.

İmmunotea çayı için, güclü immunitetə sahib olun!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar