fbpx
Close

FITOOIL ŞAFTALI YAĞI.

Yağ soyuq preslənmə üsulu ilə əldə edildiyinə görə heç bir kimyəvi dəyişikliyə məruz qalmır.

Tərkibi: Kalium, maqnezium, yağ turşuları, A, C, B qrup vitaminlər.

Təsiri: Orqanizmi toksinlərdən təmizləyir, antioksidant olduğu üçün sərbəst radikalları zərərsizləşdirir, maddələr mübadiləsini və həzm sisteminin işini stimulyasiya edir. Orqanizmin ümumi müqavimətini artırır, immuniteti yüksəldir və şişəleyhinə təsir edir. İltihabəleyhinə və ağrıkəsici effekt verir. Ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir, sakitləşdirici effekt verir və ağızdan xoşagəlməz qoxunu aparır. Dərini cavanlaşdırır, təzələyir və parlaq edir.

İstifadəsinə göstəriş:

  • Ürək-damar xəstəlikləri
  • Metabolizm pozğunluqları
  • Mədə-bağırsaq xəstəlikləri
  • İmmundefisit vəziyyət
  • Dəri xəstəlikləri
  • Xroniki intoksikasiyalar
  • Faringit

Qəbul qaydası: Uşaqlar 1 çay qaşığı gündə 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl.
Böyüklər 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl.

Əks göstəriş: Şaftalı yağına qarşı fərdi həssaslıq.

Saxlanma qaydası: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda saxlanmalı.


Saxlanma müddəti: 18 ay.

Buraxılış forması: 30 ml.

 

İstehsalçı: Herba Flora.

Category: Tag: Product ID: 5380