Məhsullar

Fi̇tooi̇l Fındıq Yağı

Yağ soyuq preslənmə üsulu ilə əldə edildiyinə görə heç bir kimyəvi dəyişikliyə məruz qalmır.

Tərkibi: kalsium, fosfor, zülal, şəkər, vitamin E, B, PP, C, qlikozidlər, mineral maddələr.

Təsiri: yağ kalsium, fosfor, zülal, şəkər, vitamin E, B, PP, C ilə zəngin olduğu üçün maddələr mübadiləsini, lipid mübadiləsini sürətləndirir, sellülit əleyhinə və antioksidant təsir göstərir. Qan dövranına və qanın tərkibinə müsbət təsiri nəticəsində ürəyin və beyinin işemik xəstəliklərinin qarşısını alır, beyin fəaliyyətini, yaddaşı və zehni qabiliyyəti yaxşılaşdırır. Dərinin və dırnaqların elastikliyini artıraraq onların qırılmasının qarşısını alır, dəri çatlarını bərpa edir. Saçlara, dəriyə parlaqlıq verir, saç tökülməsinin qarşısını alır. Orqanizmi tonuslandırır, enerji verir və qocalmanı ləngidir.

İstifadəsinə göstəriş:

  • Metabolizm pozulması
  • Kosmetologiya
  • Dəri xəstəlikləri
  • Saç tökülmə
  • Dırnaqların və saçların qırılması
  • Hamiləlik və doğuşdan sonra dəriyə qulluq
  • Beyin və ürək işemiyasının profilaktikası
  • Xərçəng xəstəliyinin profilaktikası

İstifadə formaları və qaydası:
Xaricə: dırnaqlara və saçların dibinə bir neçə dəqiqə müddətində fındıq yağını masajla yedizdirməli. Quru saçları yuduqdan sonra, yağlı saçları isə yumamışdan əvvəl məlum qaydada masaj etməli. Hamiləlik zamanı qarının dərisində yaranan çatların qarşısını almaq məqsədi ilə və doğuşdan sonra qarın dərisinin elastikliyini bərpa etmək məqsədi ilə gündə 2-3 dəfə masaj edilir. Üz dərisinə qulluqda kosmetik vasitələrin tərkibinə əlavə edilir.

Daxilə: 1 çay qaşığı (5 ml) gündə 2-3 dəfə yeməkdən 20-30 dəqiqə əvvəl.

Əks göstəriş: fındıq yağına qarşı fərdi həssaslıq.

Saxlanma qaydası: otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda saxlanmalı.

Saxlanma müddəti: 18 ay.

Buraxılış forması: 30 ml.

İstehsalçı: Herba Flora.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya Teq

Ətraflı Məlumat

Oxşar Məhsullar