fbpx
Close

Çaytikanı Vərəmumla.

Çaytikanı yağı propolislə

Tərkibi:

Çaytikanı yağının tərkibində karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular, fosfolipidlər, mikroelementlər (Co, Ni, Mg, Cu, Ag, Fe, Si) var.
Propolisin tərkibində terpen turşular, bitki qətranı, aşı maddələr, efir yağları, mum, üzvi turşular, flavonoidlər var.

Təsiri:

Çaytikanı yağı dəri və selikli qişaların regenerasiyasını stimulyasiya edərək yanıqların, trofik xoraların, mədə və 12-barmaq bağırsaq xoralarının sağalmasını sürətləndirir. Bakterisid və ağrıkəsici təsir göstərir. Lipid mübadiləsini tənzimləyir, qanda xolesterinin miqdarını azaldır.

Propolis güclü antibakterial, antivirus və göbələk əleyhinə təsirlərə malikdir. Ağrıkəsici, iltihabəleyhinə və yarasağaldıcı xüsusiyyətlərinə görə ağrı ilə müşayiət olunan mədə-bağırsaq xoralarında tətbiq olunur.

Göstərişlər:                                                                                                                 

  • Yanıq və donmalar
  • Gec sağalan trofik xoralar
  • Mədə və 12-barmaq bağırsaq xoraları
  • Düz bağırsaq çatları, babasil
  • Disbakterioz, qəbizlik
  • Yataq yaraları
  • Uşaqlıq boynunun eroziyaları
  • Endometrit, kolpit, servisit
  • Rinitlər, anginalar
  • Stomatitlər, parodontoz
  • Saç tökülməsi

Əlavə təsiri: fərdi allergik reaksiya

Əks göstəriş: xolesistit, öddaşı xəstəliyi, pankreatit, diareya.

İstifadəsi:
Daxilə gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir. Müalicə 30 gün müddətində aparılır. Xaricə islatma və sarğı şəklində tətbiq olunur, sarğı hər gün dəyişdirilir.

Ginekologiyada gündə 1 dəfə yağda isladılmış tampon şəklində tətbiq olunur. Müalicə 7-14 gün müddətində aparılır. Düz bağırsaq xəstəliklərində gündə 2 dəfə 1-2 ml mikroimalə şəklində istifadə olunur. Müalicə müddəti 7-14 gündür. Gündə 2 dəfə, səhər və axşam hər burun dəliyinə 3 damcı yağ tökülür.

Category: Product ID: 4295