Məhsullar

Angins10 Antiseptik Spreyi

Tərkibi:

Nar qabığının, küknar yarpağının, mixək tumurcuğunun, yaşıl çay yarpağının, propolisin, aptek çobanyastığı çiçəyinin, kəklikotu otunun, itburnu meyvəsinin, biyan kökünün, adaçayı yarpağının, evkalipt yarpağının, gülümbahar çiçəyinin, bibəriyyə otunun, palıd qabığının, exinaseya otunun, meşə əməköməci çiçəyi və yarpağının spirtli çıxarışı, distillə suyu.

Farmakoloji təsiri:

Nar qabığı, palıd qabığı və küknar yarpağı aşı maddələrlə, xüsusən də taninlə zəngin olduğu üçün ağız boşluğu və udlağın selikli qişasına güclü büzücü və antibakterial təsir göstərir, virus və bakteriyaların selikli qişayaya daxil olaraq xəstəlik törətməsinin qarşısını alır. Evkalipt, adaçayı, gülümbahar və bibəriyyə otu güclü antibakterial, antifunqal və virus əleyhinə effekt verir. Aptek çobanyastığı, kəklikotu, biyan kökü və əməköməci çiçəyi iltihab əleyhinə təsir edir, ağız boşluğu və udlaqda qızartı və şişkinliyi aradan qaldırır. İtburnu meyvəsi və yaşıl çay C vitamini ilə zəngindir, dişəti xəstəliklərinin qarşısını alır. Mixək, exinaseya və propolis yerli anestetik və ağrıkəsici effekt verir.

İstifadəsinə göstərişlər:

  • Angina, tonzillit
  • Faringit, laringit
  • Gingivit
  • Parodontoz
  • Halitoz
  • Diş ekstraksiyasından sonra
  • Ağız boşluğu, qırtlaq və udlağın digər xəstəliklərində
  • Müxtəlif etiologiyalı quru öskürəklərdə

Əks göstərişlər:

Məhlulun tərkibində olan komponentlərə qarşı fərdi həssaslıq.

 

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Mövsüm dəyişkənliyi ilə əlaqədar əhali arasında, xüsusilə immun sistemi zəif olan uşaqlar arasında virus və bakterial mənşəli KRX-lar geniş vüsət alır. Bu xəstəliklər çox vaxt yüksək hərarət, boğaz ağrısı, quru öskürək, halsızlıq və s. kimi əlamətlərlə müşayiət olunur. Bildiyiniz kimi, daha çox uşaqlarda rast gəlinən, sağalması uzunçəkən, boğazda kök salan, yüksək hərarətə səbəb olan anginaya 2 yaşından başlayaraq bağça və məktəbyaşlı uşaqlar arasında çox təsadüf olunur. Zəif immunitetli, boğazında infeksiya ocağı olan uşaqlarda angina zaman-zaman qayıdır. Ağız boşluğu, udlaqda, badamcıqlarda kiçik şəffaf qabarcıqlar, sanki uçuqlar yaranır. Bir neçə saatdan sonra onlar partlayır. Yerində xoralar yaranır. Udqunma zamanı ağrı müşahidə olunur. Bu zaman antibiotiklərin uzunmüddətli istifadəsi immun sistemin bir az da zəiflədir. Nəticədə iltihabın daha aşağı tənəffüs yollarına – udlaq və qırtlağa da
sirayət etməsinə zəmin yaradır.

Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı Herba Flora şirkəti sizlər üçün Angins10 spreyi və qarqarasını istehsal edib. Herba Flora şirkətinin  Angins10 spreyi KRX-lər zamanı giriş qapısı olan ağız boşluğu, udlaq və bəzi qırtlaq xəstəlikləri zamanı köməyinizə çatacaq ən effektiv vasitədir. Angins10 spreyinin (məhlulu) tərkibindəki nar qabığı, palıd qabığı və küknar yarpağı aşı maddələrlə, xüsusən də taninlə zəngindir. Əməköməci otu isə selikli maddələrlə zəngin olduğu üçün ağız boşluğu və udlağın selikli qişasına güclü büzücü, bürüyücü və antibakterial təsir gostərir. Həmçinin virus və bakteriyaların selikli qişayaya daxil olaraq xəstəlik törətməsinin qarşısını alır.

Angins10 sprey təsiri

Tərkibindəki evkalipt yarpağı, adaçayı yarpağı, kəklikotu otu efir yağları və bitki antibiotiki salvinlə zəngin olduğu üçün ağız boşluğu və udlağa güclü antiseptik və iltihabəleyhinə təsir edir. Xəstəlik zamanı əmələ gəlmiş qızartı və şişkinliyi aradan qaldırır. Gülümbahar çiçəyi, aptek çobanyastığı çiçəyi və bibəriyyə otu güclü antibakterial, antifunqal və virusəleyhinə effekt verir. Ağız boşluğunda mikrosirkulyasiyanı sürətləndirərək yaraların sağalmasını və regenerasiyanı təmin edir. İtburnu meyvəsi və yaşıl çay C vitamini ilə zəngin olduğu üçün, dişəti xəstəliklərinin qarşısını alır. Mixək və propolis ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırır. Açıq sinir uclarına yerli anestetik və ağrıkəsici effekt verir. Exinaseya otu və şirin biyan kökü ağız boşluğu və udlaqda interferon sintezini artıraraq yerli immuniteti gücləndirir. Beləliklə selikli qişaların baryer funksiyasını yüksəldir.

Herba Flora şirkətinin Angins10 spreyi öz zəngin tərkibi ilə ağız boşluğu və yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri zamanı yerli istifadədə xəstələrin köməyinə çatacaq ən effektiv vasitədir. Angins10 istifadə edin, anginaya son deyin!

https://herba-flora.com

https://fizulihuseynov.com/

Oxşar Məhsullar