Məhsullar

Fi̇tooi̇l Əri̇k Yağı


Tərkibi: ərik çəyirdəyi yağı (soyuq sıxılma üsulu ilə alınmış, açıq sarı rəngli, şəffaf yağdır)

İstifadəsinə göstəriş: Ərik yağı doymamış yağ turşuları, Mg, K, A, C, və B qrup vitaminlərlə zəngin olduğu üçün kosmetologiyada nəmləndirici, yumşaldıcı, qırışlar əleyhinə, üz dərisinin elastikliyini artırmaq və yaşlanma əleyhinə təklikdə və kosmetik vasitələrə əlavə edilərək istifadə olunur. Dərinin iltihabi xəstəliklərində, hamiləlik və kökəlmə zamanı əmələ gələn çapıqlarda, saçların kəpəklənməsində, uclarının haçalanmasında, yanıq izləri, günəş ləkələri üçün effektiv vasitədir. Ərik yağı iştahasızlıq və qanazlığı zamanı da effektiv vasitədir.

İstifadə qaydası:

Xaricə: bədən, üz, əl dərisinə, saç dibinə masaj edərək və kosmetik vasitələrə əlavə edərək istifadə olunur.

Daxilə: 1 stəkan suya 4-5 damcı əlavə edərək gündə bir dəfə istifadə etmək olar

Əks göstəriş: Ərik yağına qarşı fərdi həssaslıq. 10 yaşa qədər uşaqlar.

Saxlama qaydası: Otaq temperaturunda və ya soyuducuda ağzı kip bağlı qabda saxlanmalıdır.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya

Ətraflı Məlumat

Oxşar Məhsullar