Məhsullar

Fi̇tooi̇l Əl Kremi̇ (Küncüt Yağı İlə)


Küncüt yağı ilə zənginləşdirilmiş Fitooil əl kremi dərinin epidermis qatına aktiv şəkildə daxil olaraq hüceyrələrin strukturunu bərpa edir, piy vəzilərinin fəaliyyətini və dərinin yağ balansını tənzimləyir. Tərkibində olan lesitin quru və kobudlaşmış dərini yumşaldır, nəmləndirir, tonuslandırır və elastikliyini artırır. Dərinin rəngini yaxşılaşdırır, iltihabəleyhinə və yarasağaldıcı təsiri sayəsində dəridə olan kiçik kəsik, sıyrıntı və çatların sağalmasını sürətləndirir. Küncüt yağında olan A və E vitaminləri, antioksidantlar sayəsində dərini qidalandırır, onu toksinlərdən təmizləyir, qırışmasının və qocalmasının qarşısını alır.

Dəridən asanlıqla sorulur.
Gündəlik istifadə üçün nəzərdə tutulub.
Əks göstərişlər: Kremin tərkib hissələrinə qarşı fərdi həssaslıq.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Oxşar Məhsullar