Tərkibi:
- Kassiya yarpağı – Antraqlikozidlər 1% (qlikoaloe-emodin, qlikorein va rein qlikozidləri), flavonoidlər – izoramnetin, kempferol, qətran maddələri. Baş dərisinə seboreya əleyhinə təsir göstərir. Saç dibindəki civzə və səpgiləri aradan götürür.
- Xına yarpağı – Hennotanin turşusu, təbii rəngləndiricilər (alxanin, lavzon), selik, pektin maddələri, efirili maddələr. Saç tökülməsinin qarşısını alır, tük soğanağının dibini bərkidir. Saçın parlaqlığın artırır.
- Gicitkən yarpağı – C vitamini 0,6%, karotinoidlər, K və B1 və B2 vitaminləri, qarışqa, pantoten turşuları, xlorofil 5%, aşı maddələr və s. Kəpək əleyhinə və keçəlliyin müalicəsində istifadə olunur. Saçların mineral və vitaminlərə olan tələbatını ödəyir. Saçın codluğunu götürür və saçları yumşaldır.
- Dəvədabanı yarpağı – Selikli maddələr 8%, acı qlikozidlər, saponinlər, karotinoidlər, üzvi turşular, inulin və s. Göbələk əleyhinə təsir edir və saç follikulu hüceyrələrində oksidləşmə-reduksiya proseslərini sürətləndirir. Saçın pozulmuş strukturunu bərpa edir.
- İstiotlu nanə yarpağı – Efir yağları, menton, mentol, aşı maddələri, flavonoidlər, mikroelementlər və s. Saçları yumşaldır, onlara parlaqlıq və xoş ətir verir. Kəpəyi təmizləyir, baş dərisini sakitləşdirir və təravətləndirir.
- Aptek çobanyastığı çiçəyi – Efir yağı 0,5%, xamazulen, farnezen, bisabalol seskviterpenləri, mirsen, nonil və izovalerian turşuları, flavonoidlərdən apigenin, kosmosiin və s. Baş dərisinin qıcıqlanmasını azaldır, nəfəs almasını və qan dövranını yaxşılaşdırır.
- At pıtrağı kökü – İnulin 45%, protein 12 %, aşı maddələri 4 %, fenol turşusu, stiqmasterin, kalium, kalsium və maqnezium duzları, ali yağ turşuları və s. Soğanağın qidalanmasını artırır, bununla da saçların qalınlaşmasına səbəb olur. Saç yatağını dərinləşdirir.
Təsiri:
- Kimyəvi qatqısız, bioloji aktiv maddə və vitaminlərlə zəngin olan “Fitoton №1” rəngsiz xına saç üçün təbii vasitədir.
- Saç tökülməsinin qarşısını alır, baş dərisinin qan dövranını yaxşılaşdırır, tük soğanağının dibini bərkidir, yatmış vəziyyətdə olan tük soğanaqlarını oyadır və tük cücərməsini bərpa edir.
- Düzgün və mütəmadi istifadə zamanı seboreya əleyhinə təsir göstərir, qaşınmanı, allergiyanı, saç tipindən asılı olmayaraq (yağlı və quru) dəridə olan kəpəklənməni və qıcıqlanmanı aradan götürür. Fitoton №1 rəngsiz xına saçı qalınlaşdırmaqla bərabər onun yatağını da möhkəmləndirir və strukturunu bərpa edir.
- Əgər saçlarınızın rəngi sizi qane edirsə, saçlara qulluq üçün ən yaxşı təsiredici vasitə Fitoton №1 rəngsiz xınadır.
- Xınanın tərkibindəki müalicəvi bitkilər sayəsində baş dərisinin nəfəsalması, saçların havalanması yaxşılaşır, parlaqlığı artır, əhval-ruhiyyənin yaxşılaşması hiss olunur.
- Həm kosmetik, həm də müalicəvi vasitə kimi Fitoton №1 rəngsiz xına əla təsir göstərir.
- Baş dərisinin qan dövranını yaxşılaşdırdığı və rütubətini azaltdığı üçün miqren zamanı faydalıdır.
- Üzdə və bədəndə olan səpgilərin (diatez), civzələrin müalicəsində istifadə etmək olar.
- Dırnaqları və dırnaq yatağını bərkidir, əl və ayaqların göbələk xəstəliyini müalicə edir, çətin sağalan trofik yaraların, daban çatlarının müalicəsində istifadə olunur.
- Effektiv nəticə almaq və nəticəni saxlamaq üçün prosedurlar mütəmadi təkrar olunmalıdır.
- Xınadan istifadə etdikdən sonra 2-3 gün müddətində saçlarda kəpək ola bilər.
- Fitoton №1 rəngsiz xınasından qadınlar, kişilər və uşaqlar istifadə edə bilərlər.
İstifadə qaydası:
5 gündən bir 50 qr (uzunluqdan asılı olaraq) Fitoton №1 rəngsiz xına qaynar su ilə həmcins kütlə alınana qədər qarışdırılır, 10 dəqiqə dəmlənir, saçlara çəkilir və 1-1,5 saatdan sonra bitki tərkibli şampun ilə yuyulur. Təmiz saçlarda istifadə edilməlidir. Mütəmadi istifadə oluna bilər.
Buraxılış forması:
Qutuda 3 ədəd 50 qramliq kip bağlanmış (vakuum) xına (1 aylıq norma).
Saxlanılması:
Uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Rütubətdən və düz düşən günəş şüalarından qoruyun. Dərman vasitəsi deyil.
Saxlanma müddəti: 18 ay