HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Quşəppəyi̇ Otu

Tərkib:
Çobançantası otunun tərkibi hissopin ramnoqlikozidi, zülali və aşı maddələr, karbohidratlar, efir yağı, burs turşusu, xolin və asetilxolin, saponinlər, fumar, alma, limon və çaxır turşuları, K vitamini, tiamin, riboflavin, filloxinon, askorbin turşusu və karotinlə zəngindir.

İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1stəkan) qaynar su tökülür, 15 dəq. qaynayan su hamamında dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 4-5 dəfə, hər dəfə 1 xörək qaşığı yeməkdən sonra qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Quşəppəyinin tərkibi və xüsusiyyətləri

Quşəppəyi xaççiçəklilər fəsiləsinə mənsub olub brokkoli, brüssel kələmi və ağbaş kələm ilə bir çox xarakterik xüsusiyyətləri cəmləşdirir. Birillik ot bitkisidir, sarımtıl-qəhvəyi rəngli toxumları var, hündürlüyü 0,5 metrə çatır. Quraqlıq ərazilər də daxil olmaqla istənilən iqlim şəraitində yetişə bilir. Yaz aylarından başlayıb yayın sonlarına qədər çiçəkləyir. Xammal kimi quşəppəyinin çiçəkləmə dövründə toplanması tövsiyə olunur.

Bitki qədim dövrlərdən öz müalicəvi xüsusiyyətləri ilə tanınır. Quşəppəyinin ən vacib xüsusiyyəti qan laxtalanmasını artırmasıdır. Bu səbəbdən də əsrlər öncədən onun qansaxlayıcı xüsusiyyətindən xalq təbabətində istifadə olunurdu. Bitki qədim Çində tərəvəz kimi yetişdirilib. Quşəppəyinin tərkibi faydalı bioloji aktiv komponentlərlə zəngindir. Bu maddələrə flavonoidlər, polipeptidlər, xolin, asetilxolin, histamin, tiramin, yağ turşuları, amin turşuları, aşı maddələr, vitamin K və askorbin turşusu aiddir.

Quşəppəyinin ginekologiyada istifadəsi

Quşəppəyi otunun tərkibində olan K vitamini, flavonoid və taninlər fibrinin sintezini artırır və hemostatik (qankəsici) təsir edir. Fibrin, damar divarının zədələnmiş hissəsini tor kimi tutan və qanın damardan xaric olmasının qarşısını alan maddədir.

Uşaqlıq əzələsinin yığılma qabiliyyətini və tonusunu da artırır. Ona görə də ginekologiyada menstrual və doğumdan sonrakı qanaxmaların saxlanmasında geniş istifadə edilir. Xüsusilə güclü aybaşı qanamalarını dayandırır. Menstruasiya dövrünü tənzimləyir, pozulmuş aybaşı siklini qaydaya salır. Ağrılı aybaşı zamanı spazmları yüngülləşdirir. Bəzən uşaqlığın zəifləməsi və sallanması hallarında dəstəkləyici vasitə kimi istifadə edilir. Xalq təbabətində uşaqlıq mioması, yumurtalıq kistaları kimi hallarda çox tətbiq edilir.

Burun, mədə və sidik yolları, babasil qanaxmalarında da faydalıdır. Bununla yanaşı bitkinin güclü iltihab əleyhinə effekti vardır. Mədə və bağırsaqlarda iltihabı azaldır, həzm vəzilərinin sekresiyasını artıraraq qəbul olunan qidanın rahat mənimsənilməsini təmin edir. Dizenteriya şigellalarını məhv edir, dizenteriya xəstəliyi və müxtəlif etiologiyalı qastritlər zamanı faydalıdır. Bitkinin mədə və bağırsaqlarda əks-peristaltikanı azaltdığı və qusma əleyhinə effekt verdiyi də məlumdur.

 Quşəppəyinin digər faydaları

Böyrək və sidik yolu infeksiyalarında faydalıdır. Sidikqovucu effekt verərək orqanizmdə yığılan artıq suyun və toksinlərin atılmasına kömək edir. Pielonefrit, sistit, uretrit kimi xəstəliklərdə infeksiyaları aradan qaldırır. Sidik şırnağının zəifləməsi hallarında sidik kisəsinin tonusunu artırır.

Bundan başqa quşəppəyi yüksək arterial təzyiqi azaldır, qan dövranını tənzimləyir, damar elastikliyini dəstəkləyir. Zəiflik və başgicəlləmmə zamanı bədənə tonus verir. Yüngül sakitləşdirici təsirə malikdir. Stress, narahatlıq və gərginlik hallarında sinir sistemini sakitləşdirir. Antioksidantdır, sərbəst radikalları zərərsizləşdirir. Quşəppəyi iltihab əleyhinə və antiseptik təsir etdiyi üçün müxtəlif xoralar, yaralar, kəsik və sıyrıqlar zamanı xaricə də tətbiq olunur.

  • “Herba Flora” şirkəti quşəppəyi tərkibli yüksək effektli Profemin çayı, həmçinin bitkinin özünü ayrıca ot şəklində istehsal edir. Profemin çayı qadın sağlamlığının keşiyində durur!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar