Yapon yaşıl çayının üstünlükləri.

Yapon yaşıl çayının üstünlükləri.

Yapon yaşıl çayı.

Əksəriyyətimizin sevimlisi olan yaşıl çayın ərsəyə gəlməsi heç də zənn edildiyi kimi sadə deyildir.
Dünyanın yaşıl çay istehsal edən əsas ölkələri Çin və Yaponiyadır. Lakin bu çaylar bir-birindən müxtəlif xüsusiyyətlərinə görə fərqlənir. Yapon çayının yetişdirildiyi şərait onun dad və keyfiyyətində mühim rol oynayır.
Çinin çay yetişdirilən bölgələrinin çoxu sahildən uzaq güney tərəfdədir. Yaponiyanın çay plantasiyaları isə okeana daha yaxındır. Çinin əksər bölgələri və digər çay istehsal edən ölkələrdə yarpaqların qurudulması zamanı qızdırılmış iri tavalar və ya mətbəx sobalarından istifadə olunur ki, bu da çayın dad və keyfiyyətinə mənfi təsir göstərir. Yaponiyada isə tamamən fərqli, inkişaf etmiş texnologiyadan istifadə olunur. Buna görə də Yaponiya yaşıl çayının istehsalı digərlərinə nəzərən daha böyük zəhmət və maaliyyət tələb edən bir prosesdir.

Gəlin, qısa şəkildə Yaponiya yaşıl çayı istehsalının ümumi gedişata nəzər salaq.
Çay əkildikdən sonra sahənin üstü tamamən örtülür, bitki yandırıcı günəş şüalarından maksimum mühafizə olunur. Örtük zərif çay fidanları bir qədər inkişaf edib günəş şüalarına qarşı davamlı hala gələnədək saxlanılır. Nəzərə alsaq ki, plantasiyalar hektarlarla sahəni əhatə edir, bu işin düşünüldüyündən də zəhmətli olduğunu təsəvvür etmək heç də çətin deyil. Çay yarpaqları yığıldıqdan sonra xüsusi avadanlıqlarda qurudulur. Bu da çayın tərkib və keyfiyyətinin saxlanması üçün olduqca əhəmiyyətlidir. Qurudulmuş bitkinin normal qalması üçün anbarlarda optimal temperatur (+5 dərəcə) tənzimlənir və buna ciddi nəzarət olunur. Bitki yalnız təbii yolla, yağış suyu ilə qidalanır. 

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, üz səpgiləri əleyhinə Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Şirkətimiz Yapon yaşıl çayı istehsalına da başlamışdır. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora  Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində  olan dörd Fito Club fəaliyyət göstərir.