Xiyar (Yerpənək).

Xiyar (Yerpənək).

Xiyar fəsildən asılı olmayaraq həmişə tapılan sidikqovucu və orqanizmi təmizləyən tərəvəzdir. Ən əsası az kalorisi və yağ yandırması ilə tanınır və sevilir: 100 qram xiyarda 10-12 kalori olur, başqa sözlə, 1 böyük xiyar ən çoxu 30-40 kaloridən ibarətdir. 

Yerpənək (Cucurmis sativus L.) həm açıq torpaqda və həm də istixanalarda yetişdirilir. Xiyar keyfiyyət əlamətlərinə görə təzə, sağlam, bütöv, əsasən yaşıl olmaqla, müxtəlif çalarlı yaşıl rəngdə, forması düzgün, üstü təmiz, ətliyi bərk, toxumları yetişməmiş və sulu olmalıdır. Xiyar saplaqsız və ya 1 sm uzunluqda saplaqlı ola bilər.

Xiyarın tərkibində 94-96% su, 1,8-2,5% şəkərlər, 0,6% azotlu maddə, 0,5% sellüloza, 0,2% üzvi turşular, 0,38-0,53% mineral maddələr, 4-10 mq% C vitamini, az miqdarda B1, B2, PP, karotin, biotin və pantoten turşusu vardır. Mineral maddələrdən K, Fe, P, J vardır. Xiyarın mineral maddələri qələvilik xassəsinə 60 malik olduğundan başqa məhzullarla orqanizmə daxil olmuş zərərli turşuların neytrallaşmasına kömək edir.

Xiyar toxumlarının tərkibində 30%-ə qədər zülali maddələr və 31,5% yağ olur. Xiyarın kimyəvi tərkibi onun sortundan, becərildiyi torpaq-iqlim şəraitindən, yetişmə dərəcəsindən və saxlanılma müddətindən asılıdır. Xiyarın təsərrüfatbotaniki sortları bir-birindən formasına, ölçüsünə, rənginə və səthinin vəziyyətinə (hamar və ya qabırğalı) görə fərqlənir.

Xiyar

  • bədəni su ilə təmin edir

  • qan təzyiqini azaldır 

  • susuzluğu aradan qaldırır

  • sidikqovucu təsiri var

  • böyrək daşının yaranmasının qarşısını alır və s.   

                                                                                                                     

www.herba-flora.com;                                                                                                                                                                                                                                                                                                                                  http://fizulihuseynov.com/