Təbii vitamin C mənbələri.

Mündəricat


Vitamin C orqanizmin immunitetini möhkəmləndirən, əhalinin payız və qış aylarında bir çox xəstəliklərlə mübarizəsində fəal iştirak edən bioloji aktiv maddədir. Vitamin C daxilə qəbul zamanı bədənin müqavimətini artırır, həm də antioksidant təsir göstərir. Belə ki, orqanizmdə maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdıraraq həm sağlam hüceyrələrin erkən qocalmasının, həm də şiş hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır. Kişilər üçün vitamin C-yə gündəlik təlabat 90 mq-dır. Qadınlar üçün isə 75 mq-dır. Bəs orqanizmin vitamin C-yə olan təlabatını necə ödəyək? Bunun üçün təbii vitamin C mənbələri ilə tanış olaq.
Vitamin C-yə gündəlik təlabatınızı ödəmək istəyirsinizsə

  • itburnu, qara qarağat, moruq, böyürtkən, limon,
  • laym, qreyfrut, portağal, narıngi, ananas

kimi meyvə və giləmeyvələri qida rasionunuza əlavə edin. Məsələn, itburnu meyvəsinin tərkibində limondan 100 dəfə çox vitamin C və dəmir vardır. Qanazlığı zamanı vitamin C dəmirin həzm sistemi tərəfindən sorulmasını sürətləndirir.

  • Yaşıl yarpaqlı tərəvəzlər, sarı və qırmızı bolqar bibəri,
  • noxud, turp, brokkoli, kələm, gicitkən, turşəng,

cəfəri kimi tərəvəz və göyərtilər də təbii vitamin C mənbələri hesab olunur. Yuxarıda sadaladığımız meyvə və tərəvəzlər liflərlə zəngin olduğu üçün gündəlik qida rasionunuza əlavə etsəniz həm maddələr mübadiləsinin sürətlənməsinə, həm həzmin yaxşılaşmasına, həm də az kalorili olduqları üçün tez bir zamanda orqanizmin hidratasiya, mineralizasiya və detoksikasiyasına səbəb olur.

Yay və payız aylarında vitamin C ilə zəngin qida məhsullarını təzə şəkildə əldə edə bilsəniz də, qış və yaz aylarında isə onun yerini dondurulmuş, marinadlaşdırılmış məhsullarla əvəz edə bilərsiniz. Çunki qışa hazırlıq üçün normal termiki işləməyə məruz qalmış meyvə, giləmeyvə və tərəvəzdən hazırlanmış kompot, mürəbbə və şorabaların da tərkibində çoxlu askorbin turşusu qalır. Beləliklə gündəlik qida rasionunuza təbii vitamin C mənbələri olan meyvə və giləmeyvələri, yaşıl yarpaqlı tərəvəz və göyərtiləri əlavə edin, sağlam qidalanın, sağlam olun! 

Müəllif : Alidə Əhədova

http://fizulihuseynov.com/

www.herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.