Revmatizm.

Revmatizm.

Revmatizm epidemik xəstəlik olmasa da, onun yaranmasına səbəb olan streptokokk infeksiyası epidemiya xarakteri daşıya bilər. Buna görə də xəstəlik məktəblərdə, uşaq evlərində, xəstəxanalarda, həmçinin yoxsulluq, şəraitsizlik içində yaşayan böyük ailələrdə baş verən streptokokk epidemiyalarından sonra birdən meydana çıxır.

Simptomlar:
Xəstəlik kəskin şəkildə, keçirilmiş anginadan təxminən üç həftə sonra başlanır. Çox vaxt temperatur 40 dərəcəyədək artır, nəbz sürətlənir, titrətmə, möhkəm tərləmə, halsızlıq yaranır, oynaqlar şişkinləşir və ağrılı olur. Prosesə ilk növbədə ən iri və işlək oynaqlar qoşulur. Prosesə cəlb olunan oynaq şişir, qızarır, əllə yoxladıqada isti olur, hərəkət zamanı güclü ağrılar baş verir. Ağrılar uçucu xarakterli olur və bir oynaqdan digərinə keçir. Bəzi hallarda, xüsusən də uşaqlarda revmatizm daha yumşaq, hətta xronik formada keçə bilər. Belə uşaqlarda yalnız ümumi halsızlıq, ürəkdöyünmə və oynaqlarda yüngül qeyri-spesifik ağrılar olur.

Müalİcə: 

Prosesin ilkin mərhələlərində antibiotiklər faydalı olur. Sonrakı mərhələlərdə iltihab əleyhinə müalicə və fitoterapiya daha effektlidir.

Revmatizm zamanı pəhriz.
Revmatizmin kəskinləşməsi zamanı 3-4 gün ərzində meyvə pəhrizi saxlamaq, daha sonra isə balanslaşdırılmış qida rejiminə keçmək məsləhət görülür. Xəstənin qəbul etdiyi qida məhsulları zülallarla və vitaminlərlə, xüsusən də C vitamini ilə zəngin olmalıdır. Qidada xörək duzu, karbohidratlar (şəkər, ağ çörək, kartof), qızardılmış və yağlı yeməklər, ədviyyatlar, çay, qəhvə, alkoqol məhdudlaşdırılmalıdır. Revmatizm zamanı ilin fəslinə uyğun olaraq qarpız, təzə qaragilə meyvələri, bunlardan hazırlanmış dəmləmə (1 stəkan qaynar suya 1-2 çay qaşığı), bişirmə və kisellər, ballı quşüzümü şirəsi qəbul etmək məsləhətdir.

Revmatizmdə xalq təbabəti.
Yovşan islatması
Bir xörək qaşığı yovşan çiçəkləri termosa tökülür, üzərinə 200 ml qaynar su əlavə olunur. 2 saat dəmləndikdən sonra süzülür və zədələnmiş oynaqlara islatma edilir.

Tozağacı tumurcuqları.
5 qr tozağacı tumurcuğunun üzərinə bir stəkan qaynar su əlavə olunur, 15 dəqiqə müddətində vam odda və bir saat oddan qıraqda dəmlənir. Süzüldükdən sonra gündə 4 dəfə 1/4 stəkandan yeməkdən bir saat sonra qəbul edilir.

Dazıotu dəmləməsi.
3 xörək qaşığı dazıotu 4 stəkan qaynar suda 2 saat müddətində dəmlənir. Süzüldükdən sonra gündə 3 dəfə 1/3 stəkandan yeməkdən əvvəl qəbul edilir. Müalicə müddəti 1-2 aydır.

Sarımsaq cövhəri.
40 qr xırdalanmış sarımsağın üzərinə 100 ml 40%-li spirt əlavə olunur. Ağzı bağlanır və 7-10 sutka ərzində otaq temperaturunda qaranlıq yerdə saxlanır. Bu müddət ərzində arabir çalxalanır. Süzüldükdən sonra gündə 2-3 dəfə 10 damcıdan yeməkdən 30 dəqiqə əvvəl qəbul olunur.

Atpıtrağı ilə andız qarışığı.
Hərəsindən 10 qr olmaqla atpıtrağı kökləri və andız kökləri bir stəkan qaynar suda 20 dəqiqə müddərində vam odda qaynadılır, bundan sonra 4 saat müddətində oddan kənarda dəmlənir və süzülür. Gündə 3-4 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edilir.

Kərəviz bişirməsi.
100 qr kərəviz kökləri ilə birlikdə yarım litr suya tökülür və həcmi bir stəkan qalana qədər qaynadılır. Süzüldükdən sonra dəmləmə gün ərzində fasilələrlə içilir. Bu dəmləmə bir neçə gün ərzində ağrıları azaldır.

http://fizulihuseynov.com/

www.herba-flora.com