Qurdların təbii yolla müalicəsi.

Qurdların təbii yolla müalicəsi.

Qurd xəstəlikləri.Yayın qayğısız və şən istirahət günlərində həşəratlar xaricdən, parazitlər isə daxildən həm böyüklərin, həm də uşaqların narahatçılığına səbəb olur. Məhz yay aylarında xüsusən uşaqların qurd xəstəliklərinə yoluxması daha intensiv baş verir. Belə ki, qeyri-sağlam qidalanma, uşaqların torpaq, qumla mütəmadi oynayıb əllərini yumaması, qurdlara sanki bir təkan verir.

Şən və hərəkətli uşağın birdən-birə rəngi avazıyır, solğunlaşır və əsəbi olur. Bu cür uşaqlarda iştahasızlıq, yuxunun pozulması, çox zaman da dəridə məxmərəyə bənzər səpgilər baş verir. Əksər vaxtlar “çağrılmamış qonaqlar”ın müalicəsinə payız aylarında başlanılır. Valideynlərə müxtəlif ixtisas həkimlərinə, xüsusən də psixonevroloq, dermatoloqa müraciət etməyi məsləhət görürlər. Bu həkimlərin təyinatı isə heç də bütün şikayətlərin yox olmasına səbəb olmur.

Valideynlərin əsassız olaraq yay aylarında qurd xəstəliklərinin müalicəsindən imtina etmələri uşaqların yeni tədris ilində yaddaş zəifliyi, halsızlıq kimi hallarla qarşılaşmasana gətirib çıxarır. Odur ki, vaxtında və düzgün müalicə uşaqların həm fiziki, həm də zehni cəhətdən sağlam inkişafna səbəb olar. Herba Flora şirkətinin istehsalı olan təbii bitki çayı Teazol, Nat-Sarımsaq kapsulu, Fitooil Balqabaq yağının istifadəsi helmintozların yay aylarında müalicə olunmasına və profilaktikasına böyük kömək edir.
Əgər xəstə daim profilaktik tədbirlər aparmasa ən bahalı helmintəleyhinə preparatlar belə onları ömürlük bu bəladan qurtarmaz. Xüsusən yaz və payız aylarında medikamentoz profilaktika aparılmalıdır. Yazın birinci və ikinci aylarında, payızda isə soyuqlar düşən kimi hər bir kəs özünü helmintdən qorumağa çalışmalıdır. Helmintoz üçün yay ayları öz aktuallığını daim saxlayır. Belə ki, meyvə, tərəvəzin bolluğu, bilavasitə sahələrdən yeyilməsi xəstəliyin baş verməsinə geniş yol açır. Ən kiçik giləmeyvənin yuyulmadan yeyilməsi xəstəxana çarpayısına gətirib çıxarır.

Elementar gigiyena qaydalarına əməl etmək yəni, yeməkdən öncə, ayaqyolundan sonra əllərin yuyulması, meyvə və tərəvəzlərin təmiz yuyularaq istifadəsi, ət və ət məhsullarının düzgün hazırlanması, çiy sudan istifadə edilməməsi, alt paltarlarının tez-tez dəyişdirilməsi helmintozların ən önəmli profilaktik tədbirlərdən sayılır.

Helmintozların vaxtında və düzgün müalicəsi əhalinin maariflənməsi ilə bilavasitə bağlıdır. Bu məsələdə səhiyyə işçilərinin üzərinə məsuliyyət düşür.

https://herba-flora.com

fizulihuseynov.com