Palıd.

Mündəricat

Çoxları palıd qozalarının yalnızca xırda suvenirlər düzəltmək və ya ev heyvanlarını yemləmək üçün xammal olduğunu düşünür və onun qeyri-adi müalicəvi xüsusiyyətlərini, kulinariyada istifadəsini unudur. Palıd qozalarından qoza qəhvəsi, qoza unu düzəltmək, bundan da çörəklər, bulkalar hazırlamaq, həmçinin sıyıqlara əlavə etmək olar. Qozalar yüksək qidalandırıcı xüsusiyyətinə müharibə və aclıq illərində böyük xalqları məhv olmaqdan xilas edib.

Faydalı xüsusiyyətləri:

Palıd qozaları qida nəhsulu və müalicəvi vasitə olaraq minillərdir ki insanlara məlumdur. Arxeoloji qazıntılar zamanı Yaponiyada yaşı 3800 il olan palıd qozası aşkar edilmişdir. Lakin işin möcüzəvi tərəfi odur ki, tədqiqətçılar həmin qozanı əkib ağac bitirə biliblər. Daha qədim yaşayış məskənlərində aparılan qazıntılar zamanı sobaların içində palıd qozalarının qalıqlarına rast gəlinib. Bu da onu göstərir ki, hələ 5000 il əvvəl insanlar qozalardan qida məhsulu kimi istifadə ediblər. Tarixçilər hesab edir ki insanlar əvvəlcə palıd qozalarından, daha sonralar isə buğdadan çörək bişirməyi öyrəniblər.

Palıd qozalarının tərkibində zülallar, karbohidratlar, taninlər, şəkərlər, piyli yağlar, aşı maddələri və çox miqdarda nişasta var. Meşə heyvanları, xüsisən də qabanlar, marallar, ayılar, fazanlar, göyərçinlər, çöl siçanları qozalarla qidalanmağı xoşlayır.

Qozaların tərkibində olan kversetin adlı flavonoid maddə spazmolitik və iltihab əleyhinə təsir göstərir, ödemləri azaldır, sidikqovucu, antioksidant effekt verir. Heyvanlar üçün təhlükəsiz olan bu maddə insan orqanizminə toksiki təsir edir. Suda isladıldıqda və ya qızdırıldıqda parçalandığına görə qozaları qızartmaqla istifadə etmək olar.

Maraqlıdır:

Şimali Amerika hinduları palıd qozalarını suda qaynadıb qurudur, üyüdərək un hazırlayır və il boyunca ondan kökələr bişirib yeyirdilər. Elə bu səbəbdən də Kaliforniyanın aborigenlərini palıd hinduları adlandırırdılar. Xalq təbabətində palıd qozalarından enurezin, sidikçıxarıcı yolların iltihabının, kişi və qadın cinsi xəstəliklərinin, kəskin kolitlərin, ishalların və hətta diş ağrılarının müalicəsində istifadə olunur.

Qozaların həmçinin bakterisid, büzücü, şişəleyhinə, qankəsici təsirləri məlumdur. Zəhərlənmələr zamanı antitoksik xüsusiyyətlərinə görə istifadə olunur. İshal zamanı 1 çay qaşığı xırdalanmış qozalar 1 stəkan qaynar suda dəmlənir, süzüldükdən sonra yarım stəkandan gündə 3 dəfə qəbul olunur. Belə müalicə 1 aya qədər aparıla bilər və ehtiyac olduqda bir həftəlik fasilədən sonra təkrar oluna bilər.

Astma, bəlğəmli öskürək, bronxitlər, ürək xəstəlikləri zamanı qoza qəhvəsi qəbul edilir. Onu hazırlamaq üçün suda islatmağa ehtiyac olmur. Qozalar toplandıqdan sonra sobada çəhrayı rəng alana qədər qızardılır, soyudulur, qabığı təmizlənərək və qəhvəüyüdəndə üyüdülür. Qəhvə bişirmək üçün 1 çay qaşığı qoza tozu 1 stəkan suda dəmlənir.Yırtıqların müalicəsində palıd qozaların şərabda 25 faizli dəmləməsindən hazırlanmış isti təpitmələr istifadə olunur.Sidik yollarının xəstəlikləri üçün yaşıl qozalardan sıxılmış şirə ilə bal qarışığı gündə 3-4 dəfə 2 xörək qaşığından qəbul olunur.

Şəkərli diabetin müalicəsində qurudulmuş palıd qozalarından hazırlanmış toz gündə 2 dəfə, səhər yeməyindən qabaq və axşam yatmazdan əvvəl qəbul olunur. Qoza unu hazırlamaq üçün palıd qozaları toplanır, qabığından təmizlənir, bir neçə hissəyə doğranaraq 2 sutka ərzində suda isladılır. Bu müddətdə suyu tez-tez qarışdırmaq və ən azı 4 dəfə dəyişdirmək lazımdır. Bundan sonra qozaları suda qaynatmaq, suyunu süzmək, ətçəkən maşından keçirmək, əvvəlcə havada, sonra isə sobada qurudulur. Alınan kütlə üyüdülərək un hazırlanır, çörək, pecenye və başqa məmulatların hazırlamasında istifadə olunur.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.