Əlaqə məlumatlarınızı doldurun

Məlumatlarınız sizinlə əlaqə saxlanıla bilməsi üçün istifadə olunacaq

Yanlış email formatı!
Yanlış telefon formatı!
Profile Icon

Herba Flora – BOT

Online

Müalicəvi ədviyyat Sarıkökün (Kurkumin) faydalı xüsusiyyətləri

Mündəricat

Sarıkök harda yetişir?

Sarıkökün vətəni Cənubi Asiyadır. Çin, Hindistan, Pakistanda yetişir. Azərbaycanda iqlim şəraiti sarıkök becərmək üçün münasib deyil.

Sarıkökün kimyəvi tərkibi

Sarıkökü təşkil edən əsas maddə kurkumindir. 3q sarıkökdə təqribən 30-40 mq kurkumin var. Tərkibi fosfor, dəmir, yodkalsium, C, B 1, B 2 , B 3 və K vitaminləri ilə zəngindir.

Sarıkökün faydalı xüsusiyyətləri

Yeməklərimizə çox gözəl dad və rəng verən sarıkök həm də effektli müalicəvi vasitədir. Tərkibindəki efir yağı antioksidant rolu oynayaraq orqanizmi şlak, toksin, sərbəst radikallar və digər zərərli maddələrdən təmizləyir. Daimi istifadəsi orqanizmi cavanlaşdırır.

Gün ərzində 2-3 xörək qaşığı sarıkök istifadə etmək xərçəng xəstəliyi üzərində güclü təsirə sahib olmaq deməkdir. Belə ki, ondan süd vəzisi xərçəngi, yoğun bağırsaq xərçəngi, dəri xərçəngi, prostat xərçəngi başda olmaqla, bir çox şiş xəstəliklərinin müalicəsində alternativ kimi istifadə edilir.

Prostat xərçəngində gül kələmi ilə qarışdırılıb qəbul olunması daha effektlidir, onun inkişafını dayandırır. Sarıkök təbii qaraciyər təmizləyicisi olmaqla yanaşı, həm də ağrıkəsicidir. Güclü antiseptikantibakterial xüsusiyyətlərə malik olduğuna görə onu hətta “təbii antibiotik” də adlandırırlar.

Soyuqdəyəmə, qrip, köpdən əziyyət çəkənlərin sarıkökdən istifadə etmələri məsləhətdir. Sübut olunub ki, sarıkök beyin fəaliyyətinə müsbət təsir edir, yaddaşı və təfəkkürü yaxşılaşdırır.

Reseptlər

Mədə – bağırsaq xəstəlikləri, diareya və meteorizm

1 çay qaşığı sarıkök tozu 1 stəkan suda həll edilir. Yeməkdən yarım saat əvvəl içilir.

Boğaz ağrıları

Hərəsindən yarım çay qaşığı olmaqla duz və sarıkök 1 stəkan ilıq suda qarışdırılaraq qarqara edilir. Qarışıq boğazdakı ağrını aradan qaldırır, damaq və ağız boşluğuna sağaldıcı təsir göstərir.

Astma

1 Stəkan qaynadılmış südə 1 çay qaşığı sarıkök, 2 çay qaşığı bal əlavə edilib qarışdırılır. Gün ərzində 2-3 dəfə yarım stəkandan daxilə qəbul edilir. Bu resept öskürəyi, bronxlarda olan spazmı aradan qaldırır.

Soyuqdəymə

1 çay qaşığı sarıkökün üzərinə bal əlavə olunur, sonra ağızda çox saxlanılaraq, sorulur. Bu üsul soyuqdəyməni aradan qaldırır, bəlğəmgətirici təsir göstərir.

http://fizulihuseynov.com

Yazı ilə əlaqəli məhsullarımız