Yerkökü haqqında. Kök
Kök ən faydalı meyvəköklərdən sayılır, onun tərkibində karbohidratlar, piy, azot maddələri, çoxlu vitaminlər, efir yağları, piyli yağ, protein və askorbin turşuları, lesitin, spirolalar və s. var. Yerköküyə narıncı rəng verən beta-karotindir. O, vaxtından qabaq qocalmanın qarşısını alır, immun sistemini möhkəmləndirir və orqanizmə müsbət təsir göstərir.
Beta-karotin tərkibinə görə yalnız şirin bibərdən geri qalan yerkökü dadına görə onu qat-qat üstələyir. Karotin qaraciyər fermentləri ilə qarışıqlı təsir nəticəsində əla antioksidanta – A vitamininə çevrilir. O, orqanizm hüceyrələrinə məhvedici təsir göstərən azad radikalların əmələ gəlməsinə mane olur.
Hipertoniya, artrit, bədxassəli şişlər, katarakta və aterosklerozun inkişafının qarşısını alır, maddələr mübadiləsinin normallaşmasına, əqli və fiziki inkişafa, görmə qabiliyyətinə müsbət təsir göstərir. Başqa karbohidrat pəhrizlərində olduğu kimi, yerkökü pəhrizinin əsas xüsusiyyəti orqanizmə hər gün yeni və daim yeniləşən hüceyrələrin əmələ gətirməsi, həmçinin hormon və fermentlərin sintezi üçün vacib olan zülal yaratmasıdır.
Kök və Pəhriz
Pəhrizin ziyanlı cəhəti anemiyaya gətirən, qidada zülalın uzun müddət olmamasıdır. Hemoqlobinin sintezi üçün təkcə mikroelementlər dəmir və maqnezium deyil, həmçinin zülal da lazımdır. Zülal qıtlığı nəticəsində orqanizmdə əzələ toxumalarının azalması baş verir.
Bitkinin üst qatında faydalı maddələr toplandığına görə onun qabığını nazik soyduqda həmin maddələr itkiyə getmir. Cavan yerkökünü soymadan, axar su altında şotka ilə tərtəmiz yuyaraq istifadə etmək daha yaxşıdır. Meyvəköklərini çiy halda yemək daha faydalıdır. Tərkibində təbii sellüloza olduğuna görə, yerkökü pis həzm olunur və ondan, əsasən, salatlara qatqı şəklində istifadə edilir.
Yerkökündən faydalı şirə düzəltmək olar. Diyetoloqlar yerkökünü termik şəkildə hazırlamağı məsləhət görmürlər. Dadı və faydalı keyfiyyətləri itirdiyinə görə proseduru arıqlama zamanı yerkökü və çuğundur yüksək qlikemik indeksinə görə rasiondan tamamilə çıxarılır. Yerkökünün tərkibində orqanizmdən toksin və xolesterini çıxaran təbii sellüloza çəkini azaltmağa kömək edər. Enterit və kəskin formada mədə xorası olmadıqda hər gün yerkökü şirəsini içmək olar.
On gün qəbul edilən yerkökü pəhrizi çox sadə və primitivdir. Həmin müddətdə yalnız yerkökü və xama yeyilir. Böyük həcmdə yerkökü sürtgəcdən keçirilir və bir az xama əlavə edilərək gün ərzində yeyilir. Sutkada bir dəfə bişmiş yerkökü hazırlayıb qəbul edilir.
Həmin pəhrizə riayət etdikdə minimum 5 kq çəki itirmək olar. On gün qəbul edilən yerkökü pəhrizi babasilin müalicəsində mühüm rol oynayır. Vitamin qıtlığı zamanı yerkökünü qidayla qəbul etmək faydalıdır. 100 qr yerkökü şirəsi sutka normasını təmin edir.
Kök şirəsi.
Yerkökü şirəsinin çox qəbul edilməsi dərinin saralmasına səbəb ola bilər. Körpələrə yerkökü şirəsini 2-ci, 3-cü aydan bir necə damcı su ilə qarışdıraraq vermək olar. Yerkökü pəhrizindən mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, hamiləlik və laktasiya zamanı istifadə etmək yolverilməzdir.
Yerkökü şirəsindən başqa 3 gün ərzində bu yeməyi hazırlamaq lazımdır: orta ölçülü iki yerkökü sürtgəcdən keçirilir, üzərinə limon şirəsi sıxılır, 1 çay qaşığı bal və hər hansı bir meyvə əlavə edilir, 3 gün ərzində gündə 3 dəfə qəbul edilir. Növbəti gün bir qədər kartof və kiçik quru çörək tikəsi yemək olar. Beşinci gün normal qidaya keçmək olar. Mümkün qədər çox su və yaşıl çay qəbul etmək lazımdır. Hər şey normal alındıqda, 2-3 kq çəki itirmək mümkündür.