Kələm.

Mündəricat

Kələm ilin bütün fəsillərində asanlıqla alıb istifadə etdiyimiz tərəvəzlərdəndir. Yer kürəsində kələmin onlarla növünə rast gəlmək olar. Kələm PP (nikotin turşusu) vitamini ilə çox zəngin olan bir qida mənbəyidir. PP vitamini çatışmazlığı həm mədə bağırsaq sistemində həm də sinir sitemində ciddi patalogiyalara səbəb olur. Müxtəlif dərəcəli pellaqra və dəri xəstəlikləri də PP vitamininin çatışmazlığı nəticəsində yaranır.

Maddələr mübadiləsində PP vitamininin rolu dehidrogenlərin tərkibinə daxil olaraq mübadilə proseslərinin normal getməsini təmin etməkdir. Bundan başqa ağız boşluğu da daxil olmaqla mədə-bağırsaq sisteminin selikli qişasında qizartılar, eroziyalar və xoraların da əmələ gəlməsinin əsas səbəblərindən biri nikotin turşusunun çatışmazlığıdır. PP (nikotin turşusu) vitamini mikrosirkulyasiyanı təmin etdiyinə görə şatışmazlığı mərkəzi və periferik sinir sinir sistemində qan dövranı pozulmasına gətirib çıxarır.

Kələmin tərkibində C, A, E, B qrup vitaminləri və dəmir, kalium, sink, fosfor, kalsium və yod kimi minerallar da kifayət qədər vardır. Ən çox qırmızı və ağ kələmdə olan U vitamini mədə-bağırsaq xüsusilə də yogun bağırsaq xərçənginin müalicəsinə müsbət təsir edir. İrsiyyətində və ya hər hansı yoğun bağırsaq xərçəngi riski olanlar bu kələm növlərindən öz qida rasionunda bol-bol istifadə etməlidirlər. Qeyd etdiyimiz kimi U vitamini selikli qişaların tamlığını qoruyur, zədələnməsinin qarşısını alır və regenerasiyasını sürətləndirir.

Ümumiyyətlə kələm həm vitamin həm də mikroelementlərlə zəngin olduğu üçün orqanizmdə mədə-bağırsaq, dəri, sinir sistemi və bir çox sekresiya vəzilərinin fəaliyyətinə müsbıt təsir edir. İlin bütün fəsillərində süfrələrimizi bəzəyən kələmdən müxtəlif çeşidlərdə xörəklər salatlar şorabalar hazırlanır. Həftəlik qida rasionunu elə təyin etmək lazımdır ki norma daxilində kələmdən istifadə olunsun. Kələmin təzə çəkilmiş şirəsindən istifadə etməklə də onun tərkibində olan vitamin və mineralların defisitini aradan qaldırmaq mümkündür. Şirənin təzə olması vacibdir.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.