Həzm sistemi

Həzm sistemi

Bu məqalədə həzm sistemi nədir, necə işləyir kimi suallara cavab tapa bilərsiniz. Həzm sistemi insan bədəninin davamlılığını qorumaq üçün qidanı parçalayaraq ondan faydalı maddələr və enerji alan orqanlardan ibarətdir. Həzm sisteminin əsas vəzifəsi qidadan enerji götürərək bədənin işini davam etdirməkdir. Bu sistem nəinki qidadan enerji alır, həm də onun bədəndən atılmasını təmin edir. Həzm sistemi orqanları insan bədənində nizamlı həzmi təmin edir.

Hər orqanın öz vəzifəsi var. Ağız həzm sisteminin birincisidir. İlk həzm burada tüpürcəklə başlayır. Orqanizm yeməkləri ağızdan alaraq qidadan enerji hasilatına başlayır. Tənəffüs yollarının dərhal yanında yerləşən yemək borusu, ağızdan alınan qidanın mədəyə endirilməsinə imkan verir. Həzmin baş verdiyi ən vacib orqan mədə sayılır. Alimlər bütün həzm orqanlarının çox vacib olduğunu, ancaq mədənin xüsusi bir yerə sahib olduğunu bildirirlər. Qida borusundan mədəyə çatan qida orada olan ferment və turşu sayəsində parçalanmağa başlayır. Yemək sözün əsl mənasında parçalandıqdan sonra nazik bağırsağa göndərilir. Yeməkdən alınan mineral və vitaminlərin qan sisteminə köçürülmə mərhələsi nazik bağırsaqda baş verir.

Həzm sisteminin yuxarı şöbələrində dəyişikliyə uğramış qida maddələri tamamilə həzm edildikdən sonra yoğun bağırsağa keçir. Yoğun bağırsağa çatan qida qalıqları artıq maye halında olur. Fərqli bölmələrə sahib olan bağırsağın bu şöbəsində həmin qalıqlar sona çatdıqda mayedən qatı hala keçməyə başlayır. Bu, yoğun bağırsağın rektum (düz bağırsaq) hissəsində saxlanılır. Rektum dolan kimi beyin avtomatik olaraq təlimat verir ki, tualetə getmə ehtiyacı var. Həzm sisteminin normal işləməsi üçün daima qidalanma qaydalarına əməl etmək və qidanın tərkibinə və keyfiyyətinə diqqət etmək vacibdir. Qidalanma normalarına əməl etmədikcə, birtərəfli və ya həddindən artıq qida qəbulu müxtəlif cür həzm sistemi xəstəliklərinin, ürək qan-damar sistemi xəstəliklərinin yaranmasına, piylənmə və çəki artımına səbəb olur. Düzgün qidalanma sağlamlığı qorumağın ən vacib faktorudur. Piylənmənin qarşısını almaq üçün Hepartea və Antixol çaylarını qəbul etməyi tövsiyə edirik. 

https://fizulihuseynov.com/