Günəş həyatdır.

Mündəricat

Yaz və yay günəşi.

İnsanların, heyvanların və bitki aləminin yaşam mənbəyi günəşdir. Biz insanlar yaz və yay aylarında günəşin yandırıcı şüalarından qorunmaq üçün kölgəliklərə çəkilsək də qış aylarında, günəşin nə qədər böyük əhəmiyyətinin olduğunu dərk edirik. Fəsillərin bir-birini əvəz etməsi günəşlə yer kürəsi arasında olan məsafənin dəyişməsi ilə əlaqədardır. Belə ki, qış aylarında günəş yer kürəsindən uzaqlaşdığı üçün günəşin şüaları yer kürəsinə iti bucaq altında düşdüyünə görə havalar soyuq olur və günəş şüalarının yandırıcı təsiri olmur. Yaz və yay aylarında isə əksinə günəş yer kürəsinə  yaxınlaşdığı üçün günəş şüaları yer səthinə şaquli düşür ki, bu da havaların isinməsinə, həm də  şüaların yandırıcı olmasına səbəb olur.

Enerji mənbəyi.

Günəş enerji mənbəyidir. Təbiətin yaşıllaşmasından tutmuş kənd təsərrüfatında qida məhsullarının yetişdirilməsi, dünyamızın işıqlanması və nəhayətdə insan orqanizminə saysız hesabsız müsbət təsirləri əvəzsiz bir nemətdir. Günəşin ultrabənövşəyi şüalarının təsiri nəticəsində insan dərisində olan erqokalsiferol (vit D2) çevrilir xolekalsiferola (vit D3)-ə. Xolekalsiferol da uşaq orqanizminin həm fiziki həm də psixo-motor inkişafında ən əsas rol oynayan Ca–un bağırsaqlardan sorulmasını və orqanizmdə saxlanmasını təmin edir.

Kalsium da öz növbəsində orqanizmdə sümük toxumasının möhkəmlənməsini, sinir əzələ keçiriciliyini və bir sıra funksiyaları yerinə yetirit. Günəşin insan orqanizminə əhəmiyyətini sadalamaqla bitməz. Bəzən günəş şüasının insan orqanizminə təsirinin müddətindən və vaxtından asılı olaraq bir sıra xoşagəlməz hallar yaşanır. Bunlardan

  • günvurma, piqment ləkələri,
  • günəş şüasının əmələ gətirdiyi yanıqlar,
  • günəş şüasına qarşı allergik reaksiya və s.

qeyd etmək olar.

İnsan uzun müddət  şüaların altında qaldıqda və ya fiziki işlə məşğul olduqda günvurma baş verir ki, bu da güclü başağrısı, başgicəllənmə, ürəkbulanma, halsızlıq və qulaqlarda küy kimi şıkayətlərin meydana çıxmasına səbəb olur. Yanıqlar isə çox zaman yay aylarında çimərlikdə baş verir ki, bu da  şüaların insanın dərisinə şaquli istiqamətdə düşməsi nəticəsində əmələ gəlir.

Günəş vannası.

Hamının bilməsi vacibdir ki, çimərliklərdə günəş vannasının qəbul olunması üçün elə saatlar seçilməlidir ki, günəşin şüaları dəriyə şaquli (düz bucaq altında) yox, maili(iti bucaq altında) düşsün. Daha doğrusu səhər saatlarında saat 11.00-a dək, axşmçağı isə saat 17.00-dan sonra günəş vannası qəbul etmək daha əlverişlidir. Əks halda dəridə suluqlu yanıqlar əmələ gələ bilər.

Həm günvurmada, həm də yanıqlarda həkim müdaxiləsi lazımdır. Uzun müddət şüanın təsirindən dəridə tünd rəngli piqment ləkələri, bəzən də allergik səpkilər əmələ gəlir. Belə problemlərin həlli üçün kosmetoloqun məsləhəti ilə müxtəlif antiallergik preparatlardan, kremlərdən istifadə etmək lazımdır.

Günəş şüasından qorunmaq üçün bir çox kremlər də vardır ki, onların əvvəlcədən istifadə olunması belə allergik reaksiyaların və piqment ləkələrinin əmələ gəlməməsinin qarşısını alır. Əksər insanlar yay aylarında günəşdən qorunmaq üçün çətirlərdən və ləçəklərdən istifadə etməkdən utanırlar. Ancaq bundan utanmaq lazım deyil, yay aylarında günəşin mənfi təsirlərindən qorunmaq üçün çətir və ləçəklərdən istifadə etmək vacibdir.

Müəllif: Həkim-nevroloq Axundaova Qəndab

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.