Gilas.

Mündəricat

Gilas Azərbaycanda çox geniş yayılmışdır. Meyvələrinin tərkibində aşı maddəsi, şəkər, boyayıcı və pektin maddələri, üzvi turşular, B2, C vitaminləri, eləcə də karotin vardır.
Hazırda mədəni gilas sortları çox olduğundan yabanı gilas öz əhəmiyyətini itirmişdir. Lakin meşələrdə yabanı formalara təsadüf edilir.

Yabanı gilas aprel-mayda çiçəkləyir. Çiçəkləri ağ, ətirli, beşləçəkli və uzun saplaqlıdır. Bir neçə çiçək bir yerdən çətir kimi sallanır. Meyvələri iyun-iyulda yetişir. Forması yumru və ya ürək şəklindədir. Qara, sarı-qırmızı və tünd qırmızı rəngdə olur. Dadı acıtəhər və bəzən şirin olur. Şirinlər təzə halda yeyilir, eləcə də ondan kompot, şirə, ekstrakt, mürəbbə və başqa məhsullar hazırlanır.

.Çəyirdəyində 30% yağ və 1%-ə qədər efir yağı vardır. Texniki məqsədlər üçün işlədilə bilər. Yarpaqlarında 250 mq% C vitamini vardır. Yabanı gilas külli miqdarda qətran ifraz edir ki, bundan da parçaların boyanmasında istifadə edilir.

Qırmızı gilas:

  • C, A, K vitaminləri, dəmir, kalium və kalsium mənbəyidir.                                                       
  • Antioksidantlarla zəngindir.
  • Dəri üçün faydalıdır.
  • Qandurulducu təsiri vardır.
  • Kalorisi aşağıdır.
  • Axşam yeyildikdə yuxuyagetməni asanlaşdırır.
  • Saplağı sidikqovucu və ödemazaldıcı təsirə malikdir.

Çox yeyilərsə, mədə turşuluğunun artması və ishala səbəb ola bilər. Allergiyaya meyilli olanlara məsləhət deyil. Ağ gilas ondan daha az allergikdir.

www.herba-flora.com

http://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.