Çiçək tozu nədir.
Çiçəkli bitkilər çiçək tozu vasitəsilə çoxalır. Çiçək tozu müxtəlif rənglərdə və müxtəlif formalarda olur. Çiçək tozunun rəngi onun hansı bitkilərdən toplanmasından asılı olaraq dəyişir. Ən çox qızılı sarı rəngdə təsadüf olunur. Çiçək tozu zülal və minerallarla zəngin bir maddədir. Çiçək tozu bal arıları tərəfindən toplanır. Arılar bu yolla arı pətəyinə çiçək tozunu daşıyaraq bala arıların zülal təlabatını ödəyir. Bal arıları tərəfindən toplanan çiçək tozları daha sonra insanlar tərəfindən toplanır və qida maddəsi kimi istifadə olunur. Çiçək tozu həm də bal sintezində iştirak edir. Bəzi qaynaqlara görə Osmanlı mətbəxində çiçək tozu bal ilə birgə istifadə olunurdu. Çiçək tozu minerallarla zəngin qida maddəsidir. Bir arı pətəyinə gün ərzində 15 dəfə çiçək tozu buraxılır. İşçi arılar çiçək tozunu həm arı pətəyini qorumaq, həm də balaları böyütmək üçün istifadə edir.
Polen.
Çiçək tozunun tərkibində 11-35 % proteinlər, 20-39 % karbohidratlar, 1-20 % lipidlər, makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, J və s.) vitaminlər A, C, D, E, B qrupu P, P, P, K, bütün əvəzedilməz amin turşuları, fitohormonlar və 3-4 % su vardır.
Polen xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır, immun sistemi möhkəmləndirir, maddələr mübadiləsini sürətləndirir. Çiçək tozu həm də fiziki və əqli iş qabiliyyətini artırır, mikrobəleyhinə təsir edir, virus və göbələkləri məhv edir. Çiçək tozunun faydaları bununla da bitmir. O qanda xolesterin səviyyəsini də, qanın laxtalanmasını da azaldır. Onun həm də cavanlaşdırıcı xüsusiyyəti var,dərinin də vəziyyətini yaxşılaşdırır. Çiçək tozu stressə qarşı davamlılığı artırdığı üçün yorğunluq, əsəb gərginliyi, depressiyalar zamanı çox faydalıdır. Polen həmçinin uzun müddətli xəstəliklər (onikibarmaq bağırsağın qastrit və xorası, kolit və enterit, xroniki hepatit, prostatit,anemiya, saç tökulməsi, dermatit, hipo və avitaminozlar) həm də hamiləlik zamanı, cərrahiyyə əməliyyatları nəticəsində zəifləmiş orqanizmin bərpası üçün məsləhət görülür.
Müəllif: Qəndab Axundova
həkim-nevroloq