Berqamot

Mündəricat

Berqamot çayın bugün hər kəs tanısa da, çox az adam bilir ki, bu bitki sitrusdur. Onun yaranması haqda iki fərziyyə var: birinə görə onun Çində seleksiya yolu ilə alındığı iddia olunur. Digər fərziyyəyə əsasən isə berqamot hibrid deyil, portağalın mutasiyası nəticəsində yaranmış meyvədir.

Tarix
Avropada berqamot İtaliyanın Kalabriya əyalətində yetişdirilməyə başlayıb. Elə bitkinin ilk adı – “berqam portağalı” da məhz ətrafında plantasiyalar salınmış Berqamo şəhərinin şərəfinə verilib. XVI  əsrdə  Florensiya monastırlarında berqamotun efir yağı əsasında “aqua regina” – “kral suyu” adlanan xüsusi məhlul hazırlanırdı və resepti gizli saxlanırdı. Yalnız XVII əsrdə İoqann Mariya Farina adlı Köln əczaçısı həmin məhlulun tərkibini aşkar etdi və ona uyğun odekolon – “Eau De Cologne”, yəni Köln suyu hazırladı. Məhz bu səbəbdən də bir çoxları odekolonun ilk dəfə bu şəhərdə kəşf olunduğunu düşünür. Aydın olduğu kimi berqamotun istifadəsi parfümeriya sahəsindən başlayıb. Müasir dövrdə də ətir istehsalı və kosmetologiyada berqamotun efir yağı geniş tətbiq olunur.

İtaliyanın cənubunda iqlimin isti və rütubətli olması səbəbindən berqamot indiyə qədər də becərilir, daha az miqdarda isə Çində, Hindistanda, Qara dəniz sahili ölkələrində və Qafqazda yetişdirilir.Berqamot ağacı 10 metr hündürlüyə qədər uzanır, budaqları tikanlı olsa da çiçəkləri çox gözəl görünüşlüdür, təsvirolunmaz dərəcədə xoş ətrə malikdir. Meyvələri digər sitruslarda olduğu kimi payızın əvvəlindən qışa qədər yetişir, eninə kəsiyində limona və ya portağala oxşayır. Qeyd edək ki, berqamot məhz efir yağından ötrü yetişdirilir və təkcə onu meyvələrin qabığından deyil, həmçinin bitkinin çiçəklərindən, cavan yarpaq və zoğlarından da almaq olur.

Faydalı xüsusiyyətləri

Müalicəvi xüsusiyyətlərinə görə berqamot tibbdə tətbiq olunur. Hələ XVII əsrdə antibiotiklər kəşf olumamışdan qabaq alman həkimləri ondan dərinin infeksiya və iltihabi xəstəliklərində antiseptik kimi istifadə edirdi.Hətta çox ciddi yaralanmalarda da onun meyvələrini  yarıya  böldükdən sonra  yaranın üzərinə bağlayırdılar. Müasir dövrdə də berqamot  virus  infeksiyaları  və  soyuqdəymələrdə, immun  sistemi  möhkəmləndirmək, həmçinin cinsi qabiliyyəti yaxşılaşdırmaq üçün istifadə olunur. Mədə-bağırsaq spazmlarını azaldır, həzmi yaxşılaşdırır, sinir sisteminə sakitləşdirici təsir göstərir. Berqamotla dəmlənən çayın içilməsi dərinin təmizlənməsinə, piqment ləkələrinin azalmasına, yerli istifadəsi isə dəri tonusunun artmasına və məsamələrin yığılmasına səbəb olur.

Orqanizmə təsiri
Qeyri-stabil emosional və psixi vəziyyətlərdə qəbul olunan berqamotlu çay və ya onun yağı narahatlıq və qorxunu azaldır, əhvalı yaxşılaşdırır, depressiyanın qarşısını alır. Psixikanı stabilləşdirir, özünədəyər hissini artırır, sevinc və xoşbəxlik kimi pozitiv emosiyalar doğurur. Psixoloq və psixoterapevtlər bu xüsusiyyətlərinə görə berqamotu psixi xəstələrdə ünsiyyət və yaradıcılıq qabiliyyətini, diqqəti artırmaq, təfəkkür və zehni fəaliyyəti yaxşılaşdırmaq üçün istifadə edir. Berqamotun efir yağı ilə zənginləşdirilmiş sabun və duş gelləri səhər oyanmanı asanlaşdırır, onun üzün tumunun yağı ilə qarışığı isə alın və boyun nahiyələrinə masaj edildikdə baş ağrısını aradan qaldırır.Soyuqdəymə və zökəm zamanı qızdırmanı salmaq, burun-udlağı iltihabını azaltmaq, burun ciblərini təmizləmək üçün də berqamot yağından istifadə olunur.Daxilə istifadəsi sidikqovucu, qurdəleyhinə, südartırıcı təsirlərə malikdir.

http://fizulihuseynov.com/

https://herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.