Aslanpəncəsi bitkisi

Mündəricat

Aslanpəncəsi bitkisi cinsiyyət sistemi xəstəliklərində faydalı bilinən ən məşhur bitkilərdən biridir. Bitki qadın xəstəliklərində, xüsusilə də menopauza dövründə tez-tez rastlanan stress, tərləmə, gərginlik, əhvali-ruhiyyə düşkünlüyünü aradan qaldırmağa yardımçı olur.

Aslanpəncəsinin tərkibi vitamin C, flavonoidlər, sink, dəmir, fitosterollar, lipidlər və kumarinlə zəngindir. Bitki sidikqovucu və büzücü təsir göstərərək iltihabi prosesləri aradan qaldırır, yaraların sağalmasını sürətləndirir. Qankəsici təsir göstərir, menstrual tsikli normallaşdırır. Ginekologiya sahəsində qadın cinsi xəstəliklərinin müalicəsində geniş tətbiq olunur. Aslanpəncəsindən həm də diabet, epilepsiya, piylənmə, ateroskleroz, böyrək mənşəli patologiyalarda, disbakterioz zamanı istifadə edirlər. Yarpaqlarından dəmləmə qanda xolesterin səviyyəsini də xeyli azaldır.

Xaricə isə aslanpəncəsi müxtəlif aplikasiyalar, vanna, kompreslər, şırınqa ilə yuyulma və qarqara şəklində tətbiq olunur. Müxtəlif dəri, göz xəstəlikləri, zökəm, irinli yaralar zamanı da aslanpəncəsinin faydaları məlumdur. Kosmetologiyada isə aslanpəncəsi bir çox xəstəliklər zamanı dəri hüceyrələrinin bərpasını sürətləndirir, dərinin turqorunu artırır. Bitki dəri xəstəlikləri zamanı həm də iltihabəleyhinə, sakitləşdirici efffekt verir, dəridə kapilyar qan dövranını yaxşılaşdırır.

Aslanpəncəsi bitkisindən allergiyalı şəxslər, hamiləlikdə, südvermə dövründə, yüksək qan laxtalanması olan insanların istifadəsi əks göstərişdir.

Bitki ürəklə bağlı problemlərdə (aritmiya, stenokardiya, miokard infarktı), qaraciyər və böyrək xəstəlikləri, yuxarı tənəffüs yollarının iltihabı, ağciyərlərin vərəmi, bronxit, mədənin xora xəstəliyi, şəkərli diabet, babasil, qeyri-müntəzəm aybaşı tsikli , qarının aşağı nahiyəsində ağrılar və klimaks zamanı da yüksək müalicəvi effektə malikdir. Vazopressor, qankəsici, iltihabəleyhinə, sidikqovucu, regenerasiyaedici effekt verir.

Hormonal təsiri

Fitosterinlər hesabına endokrin vəzilərin funksiyasını tənzimləyir, hormon sintezini və progesteron ifrazını stimullaşdırır. Sarı cismin funksional çatışmazlığı və progesteron səviyyəsinin azalması ilə əlaqədar menstrual tsikl pozulmalarını aradan qaldırır. Menstruasiya zamanı ağrıları azaldır. Estradiol və progesteron arasındakı disbalansı tənzimləyir. Estradiol ifrazını artıraraq qadınlarda erkən menopauzanın qarşısını alır, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır. Predmenstrual sindromun əlamətlərini (psixoemosional labillik, baş ağrıları, tsiklik mastodiniya, ödemlər) azaldır, hormonal balansı tənzimlədiyinə görə sonsuzluğun müalicəsində istifadə olunur. Mastopatiya zamanı şişin ölçülərini kiçildir. Yumurtalıqların, uşaqlıq və uşaqlıq borularının iltihabını azaldır, ginekoloji disfunksiya səbəbindən baş verən ağrıları aradan qaldırır.

Endokrin vəzlərin funksiyasını tənzimləyir, hormon sintezini, əsasən də progesteron ifrazını stimullaşdırır. Bununla menstrual tsikli tənzimləyir, mastopatiya zamanı şişin ölçülərini kiçildir və böyüməsinin qarşısını alır. Estradiol ifrazını artıraraq qadınlarda erkən menopauzanı gecikdirir, istilikbasma, həyəcan, əsəbilik, ürəkdöyünmə kimi klimakterik əlamətləri azaldır. Qaraciyərin antitoksik funksiyasını aktivləşdirir, toksinləri neytrallaşdırır. Enterosorbent olduğu üçün intoksikasiya əlamətlərini aradan qaldırır. İmmun sistemi aktivləşdirir, orqanizmin bakteriya və göbələklərə qarşı müqavimətini artırır.

https://herba-flora.com

https://fizulihuseynov.com/

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.