Əməköməci.

Mündəricat

Əməköməcinin faydaları.

Yaz fəsli yaşıllaşma fəslidir. Artıq ağaclar, çəmənliklər öz yaşıl donunu geyinmişdir. Əməköməci bitkisinin çox geniş yayıldığı bu fəsildə onun faydalarından bacardıqca yararlanmağa çalışaq. Rayon əhalisi bu bitkini kifayət qədər tanıyır və ondan öz mətbəxlərində kifayət qədər istifadə edirlər. Əməköməci bitkisi vitamin C antosianlar və selikli maddələrlə çox zəngindir. İnsan orqanizminə olduqca faydalı bir bitkidir. Güclü antioksidant təsiri vardır. Sərbəst radikalları və toksiki maddələri neytrallaşdıraraq orqanizmdən xaric edilməsini təmin edir.

Tərkibi seliklə zəngin olduğu üçün mədə bağırsaq siteminə bürüyücü təsir göstərərək toksiki maddələrin bağırsaq divarından sorulmasının qarşısını alır və yüngül işlədici effekt verir. Qanda şəkərin, ümumi xolesterinin və triqliseridlərin səviyyəsini aşağı salır və C vitamini ilə zəngin olduğu üçün orqanizmin immunitetini yüksəldir və yaşlanmasını ləngidir. Əməköməci bitkisindən azərbaycan mətbəxində bir sıra xörəklər hazırlanır və dəmləməsindən xalq təbabətində mədə-bağırsaq xəstəliklərində geniş istifadə olunur. Belə ki əməköməci bitkisinin dəmləməsindən şəkərli diabet, piylənmə, ateroskleroz və s. xəstəliklərin müalicəsində geniş istifadə olunur.

Əməköməcinin faydaları saymaqla bitməz. Həmçinin iltihab əleyhinə güclü təsirə sahib olan bu bitkidən dəridəki çibanların, yaraların ağrılarını sakitləşdirmək üçün istifadə olunur. Sinəni yumşaldır, bəlğəmgətiricidir, təngnəfəsliyi aradan qaldırır və öskürəyi tez kəsir. Bu səbəbdən də soyuq qış aylarında əməköməcinin özündən və qurusundan bolluca istifadə etmək lazımdır.

 

12.05.2020

Müəllif: Həkim-nevroloq Aaxundova Qəndab

http://fizulihuseynov.com/

www.herba-flora.com

Yazı ilə əlaqəli məhsullarımız

Heç bir nəticə tapılmadı.