Məhsullarımız Yağlar Fitooil Gülümbahar Yağı
Alınması:
Gülümbahar çiçəklərinin günəbaxan yağında çıxarışı.
Fitooil Gülümbahar yağı karotinoidlər, acı komponentlər (kalenden), saponinlər, efir yağı, flavonol qlikozidlər, selikli maddələr, terpenlər, flavonoidlər, kumarinlər və yağ turşuları (linoleik turşu), üzvi turşular (alma, sirkə, salisilik), antioksidantlar, A və E vitaminləri və digər maddələrlə zəngindir.
İstifadəsi:
Daxilə qəbul, inhalyasiya, xaricə sürtmə, masaj, vanna və qarqara şəklində istifadə olunur. Maskaların və kosmetik vasitələrin tərkibini zənginləşdirmək üçün əlavə etmək olar.
Daxilə: Gündə 2 dəfə, hər dəfə 5-15 damcı yeməkdən əvvəl qəbul olunur.
Xaricə: Gündə 2 dəfə dərinin zədəli nahiyələrinə çəkilir.
Saxlanması:
Yağ 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə, uşaqların əlinin çatmayacağı yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə oluna bilər.
Saxlanma müddəti 2 ildir.
Məhsul təbiidir, çöküntü verə bilər.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.