Məhsullarımız Yağlar Fi̇tooi̇l Çayti̇kanı Yağı
Yağın əldə edilmə üsulu: Soyuq presləmə.
Fitooil Çaytikanı yağı karotin, E, P, C, B qrupu vitaminləri, üzvi turşular (Omeqa-9, Omeqa-6, Omeqa-3), fosfolipidlər, mikroelementlərlə (Co, Ni, Mg, Cu, Ag, Fe, Si) zəngindir.
İstifadəsi:
Çaytikanı yağı gündə 2 dəfə 1 çay qaşığı yeməkdən 20 dəqiqə əvvəl içilir. 30 gün müddətində içilə bilər.
Həmçinin islatma və sarğı şəklində tətbiq olunur, sarğı hər gün dəyişdirilir.
Damcı şəklində gündə 2 dəfə səhər və axşam hər burun dəliyinə 3 damcı yağ tökülə bilər.
Saxlanması:
Yağ 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə oluna bilər.
Saxlanma müddəti 2 ildir.
Məhsul təbiidir, çöküntü verə bilər.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Tərkibi A, C, B1, B2, B3, B6, B9, E, PP, H vitaminləri ilə zəngindir. Bu yağda vitamin C miqdarı sitrus meyvələrindən belə daha çoxdur. Fitooil Çaytikanı yağı sinir sistemində serotonin miqdarını artırır, depressiyanı aradan qaldırır. Vitamin C ilə zəngin olduğu üçün yanıqlar zamanı kollagen sintezini artırır. Təbii çaytikanı yağı müxtəlif etiologiyalı dəri və selikli qişaların zədələnmələri zamanı (yaralar, şüa, yanıqlar, xoralar) regenerativ prosesləri sürətləndirir. Orqanizmə ümumi möhkəmləndirici təsir göstərir, antioksidant və sitoprotektor effekt verir.
Herba Flora şirkətinin istehsal etdiyi çaytikanı yağı sərbəst radikalların yaranma intensivliyini azaldır və beləliklə hüceyrələrin membranlarını zədələnmədən qoruyur. Bütün bu sadaladığımız effektləri çaytikanı yağının tərkibindəki karotin (provitamin А), tokoferol (vitamin Е) və digər yağda həll olan zəngin vitamin tərkibi hesabına edir. Bu yağ omeqa-3 və omeqa-7 yağ turşuları ilə zəngin olduğu üçün dəri səthini günəş altında ultrabənövşəyi şüaların zərərli təsirindən qoruyur.
Fitooil Çaytikanı yağı dəridə quruluğu aradan qaldırır, günəş yanıqları zamanı onu qidalandıraraq tez bir zamanda bərpa edir.
Apteklərdən Fitooil Çaytikanı Yağı alın, bu möcüzəvi yağın faydalarından siz də yararlanın!
Əlaqəli yazı mövcud deyil.