Məhsullarımız
Yağlar
Fitooil Atpıtrağı Yağı
Alınması:
Atpıtrağı kökünün günəbaxan yağında çıxarışı.
Fitooil Atpıtrağı yağı qatqısız və konservantsızdır. Tərkibində 0,17%-ə qədər efir yağı, piyli yağ, palmitin və stearin turşuları, 45%-ə qədər inulin polisaxaridi, sterollar (sitosterol, stiqmasterol), aşı və acı maddələr var.
Faydaları:
Saç köklərini möhkəmləndirir, saçların uzanmasını sürətləndirir, tökülmənin qarşısını alır, baş dərisində quruluq və qaşınmanı aradan qaldırır, saçlara parlaqlıq və yumşaqlıq verir.
İstifadəsi:
Yağı baş dərisinə və saçların uzunluğu boyunca çəkin, 5–10 dəqiqə masaj edin. Saçları dəsmalla bükün, 30–60 dəqiqə saxlayın və sonra şampunla yuyun. Həftədə 1–2 dəfə istifadə olunması tövsiyə olunur.
Əks göstərişlər:
Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Saxlanması:
Yağ 25°C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə, uşaqların əlinin çatmayacağı yerdə saxlanmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə oluna bilər.
Saxlanma müddəti 2 ildir.
Məhsul təbiidir, çöküntü verə bilər.
Buraxılış forması: 100 ml
Reseptsiz buraxılır.
Kosmetik yağdır.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Əlaqəli yazı mövcud deyil.