Məhsullar

Nefrofort

DƏRMAN VASİTƏSİ DEYİLDİR!

Tərkibi (100 ml): Adi mərcangilə (Vaccinium vitis-idaea fruit liquid extract) meyvəsinin duru ekstraktı – 9,2 ml; sallaq tozağacı (Betula pendula leaf liquid extract) yarpağının duru ekstraktı – 7 ml; ikievli gicitkən (Urtica dioica leaf liquid extract) yarpağının duru ekstraktı – 6,75 ml; qara gəndalaş (Sambucus nigra flowet liquid extract) çiçəyinin duru ekstraktı – 6,75; adi razyana (Foeniculum vulgare fruit distillate) meyvəsinin distillatı – 6,6 ml; dərman gülümbahar (Calendula officinalis flower liquid extract) çiçəyinin duru ekstraktı – 5,75 ml; meşə çiyələyi (Fragaria vesca leaf liquid extract) yarpağının duru ekstraktı – 3,95 ml.
Köməkçi maddələr: distillə suyu/distilled water, saxaroza /sucrose, limon turşusu/citric acid (E330), pektin/pectin (E440), natrium benzoat/sodium benzoate (E211), qliserin/glycerin (E422).

İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.

Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
4-14 yaş uşaqların istifadəsi üçün uyğundur.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.

Buraxılış forması: Şərbət, 100 ml şüşə flakonda, karton qutu qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji aktiv qida məhsuludur.
MQ-25-000203
BAQM normal qidalanmanı əvəz etmir.
Tövsiyə olunan sutkalıq dozanı keçməyin.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.

ГОСТ 28499-2014 üzrə istehsal olunur.

İstehsalçı: “Herba Flora” MMC
Azərbaycan Respublikası,
Abşeron rayonu, Qobu ŞTQ,
Güzdək yolunun üstü.
www.herba-flora.com

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Nefrofort – Böyrəklərin və sidik yollarının təbii müdafiəsi!

Nefrofort şərbəti böyrəklərin funksional fəaliyyətini yaxşılaşdırmaq, sidik-ifrazat sistemini infeksiyalardan qorumaq və bədənin filtrasiya prosesini dəstəkləmək məqsədilə xüsusi olaraq hazırlanmış bitki tərkibli zəngin bioloji aktiv qida məhsuludur.

Şərbətin tərkibindəki təbii ekstraktlar kompleks təsir göstərərək sidik yollarında yaranan iltihabi prosesləri effektiv şəkildə aradan qaldırır. O, həmçinin orqanizmdə su-duz balansını tənzimləyir, böyrəklərdə duzlaşmanın və kristallaşmanın qarşısını alır. Həmçinin böyrəklərdə daş yaranma riskini minimuma endirməyə kömək edir. Müntəzəm istifadə zamanı sidik yollarını sanasiya edir, zərərli toksinlərin və patoloji qalıqların bədəndən asanlıqla xaric olunmasını təmin edərək sidik-cinsiyyət sisteminin ümumi sağlamlığını etibarlı şəkildə qoruyur.

Əsas təsiredici maddələr:

  • Adi mərcangilə (Vaccinium vitis-idaea) meyvəsi: arbutin, aşı maddələri (tanninlər), flavonoidlər, pektin maddələri, üzvi turşular, polifenollar.
  • Sallaq tozağacı (Betula pendula) yarpağı: flavonoidlər (kversitin), triterpenlər (betulin, betulin turşusu), aşı maddələri (katexinlər), liqnanlar, steroid birləşmələr.
  • İkievli gicitkən (Urtica dioica) yarpağı: xlorofillər (A və B), karotinoidlər, flavonoidlər (rutin, kempferol, kversitin), fenol turşuları, vitaminlər (C, B qrupu, K), mineral elementlər (dəmir, kalium, kalsium).
  • Qara gəndalaş (Sambucus nigra) çiçəyi: fenol birləşmələri (xlorogen turşusu), flavonoidlər, efir yağları, triterpenlər, selikli maddələr.
  • Adi razyana (Foeniculum vulgare) meyvəsi: anetol, fenxon, estraqol, limonen, olein.
  • Dərman gülümbaharı (Calendula officinalis) çiçəyi: karotinoidlər (flavoksantin, auroksantin, lutein, beta-karotin), triterpenoidlər, flavonoidlər, saponinlər, selikli maddələr, efir yağları.
  • Meşə çiyələyi (Fragaria vesca) yarpağı: aşı maddələri (aqrimoniin), ellaq turşusu, flavonoidlər, proantosianidinlər, fenol turşuları, askorbin turşusu.

Nefrofort şərbətinin faydaları:

  • Sidik-cinsiyyət sisteminin müdafiəsi: böyrək və sidik yollarını zərərli mikroblardan qoruyur, infeksiya riskini azaltmağa kömək edir.
  • Artıq mayenin xaric edilməsi: təbii sidikqovucu təsiri sayəsində bədəndəki ödemləri (şişkinliyi) aradan qaldırır və böyrəklərin yükünü yüngülləşdirir.
  • Ağrı və sancıların yüngülləşdirilməsi: sidik yollarındakı spazmları götürür, ağrı və sancıları sakitləşdirir.
  • Qum və daş əmələ gəlməsinin profilaktikası: mineral duzların birləşərək quma və ya daşa çevrilməsinin qarşısını almağa kömək edir.
  • Toxumaların bərpası: iltihab səbəbindən zədələnmiş daxili selikli qişaların sağalmasını dəstəkləyir.
  • Maye balansının tənzimlənməsi: orqanizmdə daxili maye dövranını normallaşdırır, şişkinliyi aradan qaldırır və böyrəklərə düşən yükü azaldır.

Nefrofort şərbət kimlər üçün uyğundur?

  1. Sidik yolları infeksiyası və sistiti olanlar üçün: tez-tez sidiyə çıxma, göynəmə və ağrılardan əziyyət çəkən şəxslərdə diskomfortu azaltmağa kömək edir.
  2. Böyrəklərində duz və qum olanlar üçün: böyrəkdə daş yaranma riski olduqda duzların bədəndən təbii yolla xaric olunmasını təmin edir.
  3. Uroloji prosedurlardan (həmçinin kateterdən) sonra: sidik kisəsinə müdaxilə olunmuş və bərpa dövründə olan pasiyentlərin reabilitasiyası üçün uyğundur.
  4. Maddələr mübadiləsi zəif olanlar üçün: bədəndən zərərli qalıqların, toksinlərin və artıq mayenin xaric olunmasına ehtiyacı olan şəxslər üçün effektlidir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar