Məhsullarımız
Şərbətlər
Di̇anat Şərbət
Tərkibi:
Aptek çobanyastığı (Chamomilla recutita) çiçəyinin duru ekstraktı – 16,1 ml; Dərman gülümbaharı (Calendula officinalis) çiçəyinin duru ekstraktı – 9,2 ml; İstiotlu nanə (Mentha piperita) yarpağının distillatı – 9,2 ml; Adi zirə (Carum carvi) meyvəsinin distillatı – 6,9 ml; Meşə çiyələyi (Fragaria vesca) yarpağının duru ekstraktı – 4,6 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).
İstifadəsinə göstəriş:
Həzm sistemi fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ
İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Uzun müddətli istifadəsi zərərsizdir, bağırsaqların funksiyası bərpa olunana qədər istifadə oluna bilər.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
Əks-göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq, qəbizlik.
Saxlanılması:
25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.
Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.
Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Diareya tezləşmiş nəcis ifrazı, susuzluq, halsızlıq, ürəkbulanma, qusma, bədən hərarətinin yüksəlməsi, qarın ağrısı, meteorizm kimi əlamətlərlə müşayiət olunur. Yaz və yay aylarında havaların istiləşməsi, təzə çıxmış meyvə və giləmeyvələrin (çiyələk, şaftalı, ərik, gavalı, qarpız və s.), tərəvəzlərin erkən, yaxud aşırı miqdarda qəbulu əhali arasında müxtəlif mədə-bağırsaq infeksiyalarının, qida zəhərlənmələrinin artmasına zəmin yaradır. İshalın qarşısını almaq üçün müalicənin istiqaməti eyni vaxtda bağırsaq peristaltikasını ləngitmək, toksiki maddələrin bağırsaqlarda qana sorulmasının qarşısını almaqdır. Həmçinin yaranmış iltihabi prosesləri söndürmək, bağırsaq mikroflorasını normallaşdırmaq və su-duz balansını bərpa etməyə yönəlməlidir.
Belə hallarda “Herba Flora” şirkətinin ishal və ya diareyalar zamanı seçim preparatı olaraq Dianat şərbəti yüksək effektli təbii vasitə hesab olunur. İlk öncə onu qeyd edim ki, Dianat şərbətinin tərkibi
Meşə çiyələyi və adi zirə bitkilərinin tərkibindəki tanin maddəsi bağırsaqların selikli qişasına büzücü təsir edir, selikli qişada qoruyucu təbəqə əmələ gətirir. Bununla da bağırsaqların peristaltikasını ləngidir, toksiki maddələrin bağırsaqlardan sorulmasının qarşısını alır, həmçinin bağırsaqlar vasitəsilə itirilən mayenin miqdarını azaldır, bağırsağın selikli qişasını yerli qıcıqlanmadan qoruyur. Gülümbahar və aptek çobanyastığı çiçəklərinin tərkibindəki fitonsidlər və aşı maddələr bağırsaqların selikli qişasında iltihabi proses əmələ gətirən patogen mikroorqanizmlərə, həmçinin göbələklərə öldürücü təsir göstərir. İltihabın sorulmasını və regenerasiyanı sürətləndirir.
Dianat şərbətinin təsiri bununla bitmir. Tərkibində olan istiotlu nanə yarpağı həm bağırsaq sancısı zamanı ağrıkəsici təsir edir, həm də dad reseptorlarını qıcıqlandıraraq ishal zamanı iştahaaçıcı, tonuslandırıcı təsir göstərir. Müxtəlif etiologiyalı diareyalar, bağırsaq infeksiyaları, ishalla müşayiət olunan disbakterioz zamanı Dianat şərbətini tək, ya da Qastren çayı ilə kombinə edilmiş şəkildə növbələşdirərək qəbil etmək olar.
Həmçinin Dianat şərbətini daxilə, Qastren çayını isə həkim təyinatına əsasən imalə şəklində istifadə etmək ishalı dayandırır. Minerallarla, vitaminlərlə zəngin tam təbii bitki tərkibli Dianat şərbəti ishal və diareyalar zamanı orqanizmin itirdiyi mikroelementləri tez bir zamanda bərpa edir. Bundan əlavə mədə-bağırsaq sisteminə büzücü, bürüyücü, antiseptik, iltihab əleyhinə, regenerasiyaedici, spazmolitik, ağrıkəsici təsir göstərərək xəstələrin vəziyyətini qısa müddətdə yüngülləşdirir. Bütün bu deyilənləri nəzərə alaraq istər yaz-yay fəsillərində təzə meyvələrin yeyilməsi, istərsə də mövsümi bağırsaq infeksiyaları zamanı meydana gələn ishal, hətta qusma kimi əlamətləri Dianat şərbəti ilə aradan qaldırmaq olar.