Məhsullar

Bronxofort Şərbət

Tənəffüs sistemi üçün köməkçi vasitə

Tərkibi:
İri bağayarpağı (Plantago major) yarpağının duru ekstraktı– 9 ml; dərman gülxətmi (Althaea officinalis) kökünün duru ekstraktı – 8 ml; adi qaraqınıq (Origanum vulgare) otunun duru ekstraktı – 8 ml; meşəlik əməköməci (Malva sylvestris) yarpağının duru ekstraktı – 7 ml; adi cirə (Anisum vulgare) meyvəsinin distillatı – 7 ml; sürünən kəklikotu (Thymus serpyllum) otunun distillatı – 7 ml.
Köməkçi maddələr: distillə suyu, saxaroza, limon turşusu (E330), pektin (E440), natrium benzoat (E211), qliserin (E422).

İstifadəsinə göstəriş:
Tənəffüs sisteminin fəaliyyətini yaxşılaşdırmaq üçün tövsi­yə olunan BFMQƏ.

İstifadə qaydası:
4-7 yaş uşaqlar üçün 10 ml (2 çay qaşığı) gündə 3 dəfə;
7-12 yaş uşaqlar üçün 15 ml (1 xörək qaşığı) gündə 3 dəfə;
12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 30 ml (2 xörək qaşığı) gündə 3 dəfə yeməkdən əvvəl daxilə qəbul olunur.
Tərkibində şəkər olduğuna görə şəkərli diabeti olan xəstələr şərbətdən ehtiyatla istifadə etməlidirlər.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.

Əks göstərişlər: Şərbətin tərkibinə daxil olan bioloji aktiv maddələrə qarşı yüksək fərdi həssaslıq.

Saxlanılması: 25°C-dən yuxarı olmayan temperaturda və uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Qapağı açıldıqdan sonra 20 gün müddətində istifadəyə yararlıdır. İstifadə müddəti qurtarmış şərbətdən istifadə etməyin.

Yararlılıq müddəti: 3 il.
Buraxılış forması: 100 ml tünd rəngli şüşə flakon, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Reseptsiz buraxılır.
Dərman vasitəsi deyil.
Bioloji fəallığa malik qida əlavəsidir.
Məhsul qidanı əvəz etmir.
Tövsiyə edilən sutkalıq dozanı aşmayın.
Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Xəstəliklərin müalicəsi məqsədilə istifadə olunmur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriya Teq

Ətraflı Məlumat

Herba Flora şirkətinin bəlğəmgətirici şərbəti olan Bronxofort haqqında məlumatı sizinlə paylaşırıq. Hal-hazırda kəskin respirator xəstəliklər, qrip, virus infeksiyaları və soyuqdəymə halları artmaqdadır. Çox zaman valideynlər həkimə vaxtında müraciət etmədikdə və yaxud müalicədə düzgün taktika seçilmədikdə xəstələr quru və xırıltılı öskürəkdən əziyyət çəkirlər.

Bronxofort şərbəti təsiri

Tərkibi: Gülxətmi çiçəyi, gülxətmi kökü, biyan kökü, andız kökü, qaraqınıq otu, kəklikotu otu, cirə meyvəsi və bağayarpağı yarpağının duru ekstraktlarından ibarətdir. Gülxətmi çiçəyi, gülxətmi kökü və biyan kökü yuxarı tənəffüs yollarının selikli qişasındakı vəzilərin sekresiyasını artıraraq bəlğəmi yumşaldır və durulaşdırır, kirpikli epitelin hərəkətliliyini artıraraq bəlğəmin evakuasiyasını sürətləndirir. Tənəffüs və öskürək mərkəzinə tormozlayıcı təsir göstərərək quru öskürəyi və təngnəfəsliyi aradan qaldırır, eyni zamanda soyuqdəymə və iltihabəleyhinə, tərlədici və qızdırmasalıcı effekt verir.

Şərbət yuxarı tənəffüs yollarının selikli qişasının sekretor qabiliyyətini artırır, bəlğəmin konsistensiyasını yumşaldır. Eyni zamanda bronx və traxeyadan bəlğəmin xaric olunmasını sürətləndirir. Həmçinin iltihabı azaldır, zərərli mikroorqanizmlərin əmələ gəlməsinin qarşısını alır, öskürəyin aradan qalxmasına yardımçı olur və orqanizmin ümumi müqavimətini artırır.

Bronxofort şərbəti bağayarpağının və andız kökünün ekstraktları ilə zəngindir. Bu səbəbdən güclü iltihabəleyhinə və bəlğəmgətirici təsir edir. Qaraqınıq, kəklikotu və cirə meyvəsi yuxarı tənəffüs yollarının saya əzələlərinə spazmolitik təsir edir. Nəticədə onları genişləndirir və təngnəfəsliyin qarşısını alır. Bronxofort şərbətinin zəngin və təbii tərkibi allergik bronxitlərdə, quru öskürəklərdə, xırıltılı öskürəklərdə, göy öskürəkdə və kəskin respirator virus xəstəliklərində ondan geniş şəkildə istifadə etməyə zəmin yaradır. Siz də Herba Flora şirkətinin yeni istehsalı olan Bronxofort şərbətindən istifadə edin, öskürəkdən azad olun!

http://fizulihuseynov.com

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar