Məhsullar

Ri̇zi̇n (dəniz Duzu Tərkibli Sprey)

 

Tərkibi:

Su

Dəniz duzu

Evkalipt yağı

Pixta (ağ şam) yağı

Lavanda yağı

Dəniz duzu: dəniz duzu ayrıca bir duz növü olub, xüsusi müəssisələrdə 100% təbii üsullarla dəniz suyundan alınır. İstehsal prosesində dəniz duzunun təbiiliyi tam qorunur. Dəniz duzunun tərkibində Na+ birlikdə 84 adda mineral maddə vardır. Dəniz duzu bakteriya və virusları məhv edir, burunun selikli qişasının baryer funksiyasını gücləndirir, soyuqdəymə, qızdırma və allergiya əleyhinə təsir edir. Yuxarı tənəffüs yollarının selikli qişasında toplanan selik və toz dənəciklərini təmizləyir, zökəm zamanı yaranan iltihabı və ödemi azaldır.

Evkalipt yağı: antiseptik, antibakterial, virus əleyhinə, ağrıkəsici, spazmolitik xüsusiyyətlərə malikdir. Evkaliptin efir yağları stafilokokları və Candida cinsindən olan göbələkləri məhv edir, selikli qişaların regenerasiyasını sürətləndirir.

Pixta yağı: antiseptik, iltihab əleyhinə, ödem əleyhinə, ağrıkəsici effektə malikdir, patogen mikroorqanizmlərin selikli qişalara daxil olmasının qarşısını alır.

Lavanda yağı: ağrıkəsici, dezinfeksiyaedici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, immunostimulyator, regenerasiyaedici effektləri var. Burunun selikli qişasında mikrosirkulyasiyanı yaxşılaşdırır, damarların tonusunu tənzimləyir, ödemi aradan qaldırır və burunla rahat nəfəsalmanı təmin edir. Burun əməliyyatlarından sonra müsbət effekt verir.

Farmakoloji təsiri: ağrıkəsici, iltihab əleyhinə, yerli keyləşdirici, spazmolitik, ödem əleyhinə, yerli immunostimulyator təsir edir, burun boşluğunun selikli qişasında qədəhəbənzər hüceyrələrdən seliyin ifraz olunmasını asanlaşdırır seliyin durulaşmasını təmin edir. Səyirici epitelin hərəkətliliyini artıraraq seliyin qovulmasını sürətləndirir. İzotonik məhlul olduğu üçün ödemi azaldır və burunun selikli qişasının şişkinliyini aradan qaldıraraq, burun tənəffüsünü asanlaşdırır. Yuxarı tənəffüs yollarının selikli qişasından allergenlərin, eləcə də virusların bakteriyaların yuyulub xaric olması asanlaşdırır, həmçinin antibakterial, antivirus, antifunqal təsir edir. Burunun selikli qişasının baryer funksiyasını gücləndirir, yaraların sağalmasını sürətləndirir.

İstifadəsinə göstərişlər:

Kəskin və xroniki rinitlər

Allergik rinitlər

Vazomotor rinit

Haymorit, frontit

Adenoidit

Cərrahi əməliyyatlardan sonrakı bərpa dövrü

Kəskin respirator virus infeksiyaları

Burun çəpəri əyriliyi

Nəfəsalmanın çətinləşməsi (müxtəlif mənşəli)

Əks göstərişlər:

Preparatın komponentlərinə qarşı fərdi həssaslıq, 1 yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozası:

1 yaşdan 3 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 1 püskürtmə;

3 yaşdan 7 yaşa qədər: gündə 3 dəfə hər burun keçəcəyinə 2 püskürtmə;

7 yaşdan 12 yaşa qədər: gündə 4 dəfə hər burun keçəcəyinə 2 püskürtmə;

Böyüklərə: gündə 4-6 dəfə hər burun keçəcəyinə 2-3 püskürtmə.

Kurs bütün hallarda 2-4 həftə təşkil edir (həkimin təyinatına əsasən). Bir aydan sonra kursun təkrarlanması məsləhət görülür.

Əlavə təsirləri: yoxdur.

Buraxılış forması : 30 ml flakon, sprey-başlıqla birlikdə karton qablaşdırmada.

Saxlanma şəraiti: otaq temperaturunda, uşaqlar üçün əlçatmaz yerdə saxlanmalıdır.

Yararlılıq müddəti: 3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Dərman vasitəsi deyil.

Reseptsiz buraxılır.

İstehsalçı: Herba Flora MMC.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. “Min dərd varsa, min bir də dərmanı var” deyən ulularımız xəstəlikləri bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Son zamanlar təbii vasitələrə, o cümlədən bitkilərlə müalicəyə üstünlük verilməsi dərman bitkiləri istehsalına ehtiyac yaratdı. Elə bu səbəbdən 1998-ci il 25 maydan etibarən HERBA FLORA şirkəti fəaliyyətə başladı. Azərbaycan florasının zəngin dərman bitkilərinin öyrənilməsi, onların toplanması, tədarükü, emalı və qablaşdırılaraq istehlakçılara çatdırılması şirkətin fəaliyyətinin əsasını təşkil edir. İstehlak bazarına çıxarılan həmin məhsullarla yanaşı xaricdən idxal olunan dərman bitkiləri də vardır. Şirkət elmi təbabətdə istifadəsinə icazə verilən dərman bitkilərinin istehsalına üstünlük verir.

HERBA FLORA şirkəti istehsal etdiyi məhsulların yüksək keyfiyyətli olması üçün yeni texnologiyaları istehsalata tətbiq edir. Elə bunun nəticəsində şirkət indiyədək 200-dən artıq məhsul istehsal etməyə nail olmuşdur. Bunlardan 83-ü müalicəvi bitkilər, 24-ü bitki yığıntıları, 47-si ayrı-ayrı xəstəliklərin profilaktika və müalicəsində istifadə olunan fitoçaylar, 9-u şərbət, 4-ü müalicəvi Fitoton xınaları, 4-ü Fitoton həftəlik üz maskaları və gilləri, 3-ü Fitolosyon, 15-i müalicəvi Fitooil yağları, Rizin, Ağrımaz kremi, 8 növdə Fitoton şampunları, 3 növdə Fitoton duş gelləri, Fitoton saç balzamı, Fitooil əl və üz kremləri, həmçinin Lorosept HF drajesidir. Əhalinin şirkətə olan çoxsaylı müraciətlərinə əsaslanaraq Herba Flora saytında, eləcədə Herba Flora və Zərif Çayları Facebook səhifəmizdə sual-cavab bölmələri fəaliyyətə başladı. Hal-hazırda şirkətin nəzdində ailəvi istirahət məkanı olan dörd Fito Club fəaliyyət göstərir.

Rizin

Oxşar Məhsullar