Litogran

Sidik daşları zamanı yardımçı vasitə

Tərkibi (100 q):
Adi Boyaqotu (Rubia tinctorum) kökünün qatı ekstraktı – 4 q; İt İtburnu (Rosa canina) meyvəsinin qatı ekstraktı – 2 q; Əkilən Keşniş (Coriandrum sativum) toxumunun qatı ekstraktı – 1 q; Çöl Qatırquyruğu (Equisetum arvense) otunun qatı ekstraktı – 1q; Quş Qırxbuğum (Polygonum aviculare) otunun qatı ekstraktı – 1 q; Adi Ardıc (Juniperus communis) meyvəsinin qatı ekstraktı – 1 q.
Köməkçi maddələr: Laktoza (lactose) – 60 q, mannitol (E421)– 30 q.

İstifadəsinə göstəriş:
Sidikçıxarıcı yollarda müxtəlif tərkibli daşların əmələ gəlməsi ehtimalı və halları zamanı qidanı bioloji fəal maddələrlə zənginləşdirmək üçün tövsiyə olunan BFMQƏ.

İstifadə qaydası:
Böyüklər: 1 çay qaşığı qranul 1 stəkan suda həll edilərək gündə 3 dəfə, yeməkdən sonra daxilə qəbul edilir. Qəbul müddəti 1 aydır.
Qeyd: Yaş həddi və istifadə dozası həkim məsləhəti ilə dəyişdirilə bilər.
18 yaşa qədər şəxslər yalnız həkim məsləhəti ilə qəbul edə bilər.

Əks göstəriş: Tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq.
Əlavə təsiri: Ağrı olarsa qranulun qəbulunu dayandırıb həkimə müraciət etmək lazımdır.

Saxlama qaydası: 25°C-dən yuxarı olmayan temperaturda, rütubətdən qorunmaqla, uşaqlar üçün əlçatmaz yerdə saxlayın.

Yararlılıq müddəti: 2 il.
Buraxılış forması: 100 qr-lıq plastik qabda, içlik vərəqəsi ilə birlikdə karton qablaşdırmada.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar