HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Yaşıl Çay

İstifadəsinə göstəriş:
Yaşıl çay qan təzyiqini normallaşdırır, ürək, beyin və böyrəklərin qan təchizatını yaxşılaşdırır. Həyat fəaliyyətini gücləndirir, susuzluğu aradan qaldırır və insanda yüksək əhval-ruhiyyə yaradır.

İstifadə qaydası:
Bir çay qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 20 dəq. dəmlənir. Alınmış dəmləmə gün ərzində qəbul edilir.

Ekoloji təmiz məhsuldur.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Yaşıl çayın tarixi və mənşəyi

Yaşıl çay əsrlər boyu Şərq ölkələrində həm içki, həm də şəfa vasitəsi kimi istifadə olunmuşdur. Dünyanın ən qədim və ən çox istifadə edilən içki növüdür. Onun tarixi 5000 ildən çoxdur və ilk dəfə qədim Çində istifadə edildiyi güman olunur. Yaşıl çay digər çay növlərindən fərqli olaraq minimal oksidləşmə prosesi ilə hazırlanır. Bu isə onun tərkibindəki faydalı maddələrin daha çox qorunmasına səbəb olur.

Yaşıl çayın tərkibi

Yaşıl çayın tərkibi olduqca zəngindir. O polifenollar (xüsusilə katexinlər), flavonoidlər, epigallokatexin gallat, L-teanin amin turşusu, kofein və müxtəlif vitaminlər (A, C, E və B qrupu), kalium, sink, maqnezium kimi minerallar, taninlərlə zəngindir. Bu maddələrin hər biri orqanizmin müxtəlif sistemlərinə müsbət təsir göstərir.

Ən çox tədqiq olunan komponentlərdən biri EGCG maddəsidir. Bu güclü antioksidant hüceyrələri sərbəst radikalların dağıdıcı təsirindən qoruyur, onların hüceyrə membranının zədələnməsinin qarşısını alır, neytrallaşdıraraq orqanizmdən xaric edir. İltihabı azaldır və bəzi xərçəng hüceyrələrinin inkişafını ləngidə bilir. Tədqiqatlar göstərir ki, yaşıl çay içmək mədə, prostat, süd vəzi və dəri xərçəngi riskini azalda bilər.

Yaşıl çayın ürək-damar sağlamlığına təsiri

Ürək-damar sağlamlığı baxımından da yaşıl çay olduqca faydalıdır. Onun müntəzəm istifadəsi “pis” xolesterin səviyyəsini aşağı salır, qan təzyiqini tənzimləyir və damarların elastikliyini artırır. Daimi istifadə edildikdə damar endotelinin funksiyasını yaxşılaşdırır, nitrat-oksid sintezini artırır, bu da damarların genişlənməsinə və təzyiqin azalmasına səbəb olur. Həmçinin infarkt və insult kimi xəstəliklərin riskini azaltmağa kömək edir.

Yaşıl çayın faydaları

Beyin funksiyaları üçün yaşıl çay xüsusi əhəmiyyət daşıyır. Tərkibində olan L-teanin adlı amin turşusu və kofein birlikdə diqqəti artırır, zehni aydınlaşdırır, sakitləşdirici təsir yaradır, stress və narahatlığı azaldır. Bu səbəbdən yaşıl çay həm enerjini artırmaq, həm də stresi azaltmaq üçün ideal içkidir.

Eyni zamanda yaşıl çay metabolizmi sürətləndirir, yağ yandırılmasını artırır və toxluq hissini uzadır. Bu səbəbdən o artıq çəki ilə mübarizədə dəstəkləyici rol oynaya bilər. Bəzi dietoloqlar onu arıqlamaq istəyənlərə tövsiyə edirlər.

Yaşıl çayın istifadə qaydası

Lakin yaşıl çayın da ehtiyatla istifadə olunması vacibdir. Gündəlik 2-3 fincandan artıq içilməsi insanlarda yuxusuzluğa, mədə turşuluğunun və ya ürək döyüntüsünün artmasına səbəb ola bilər. Hamilə qadınlar və daimi dərman qəbul edən şəxslər yaşıl çaydan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməlidirlər.

  • “Herba Flora” şirkəti yaşıl çayı həm ayrıca, həm də filtr-bağlama şəklində istehsal edir. Bu çay düzgün və ölçülü şəkildə istifadə edildikdə həm sağlamlıq, həm də həyat keyfiyyəti baxımından dəyərli bir nemətdir. Bu səbəbdən o təkcə içki deyil, həm də gündəlik həyatın sağlamlıq açarlarından biri sayılır!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar