Məhsullarımız Bitkilər Yarpaq Səna Yarpağı
Səna yarpağının tərkibi antrasen törəmələri (qlikozidlər – qlikoaloe-emodin, qlikorein, A və B sennozidləri 3,8%-ə qədər), flavonoidlər (izoramnetin, kempferol), üzvi turşular (palmitin, linol, stearin, salisil), sərbəst aqlikonlar (rein, aloe-emodin, xrizofanol), alkaloidlərin izləri, sterollar, qətranlı maddələr və seliklə zəngindir.
Səna yarpağı yoğun bağırsağın atoniyası zamanı işlədici vasitə kimi istifadə olunur. Səna yarpağının tərkibindəki maddələr qaraciyərin ödqovucu və antitoksik</strong> funksiyasını gücləndirir. Həzm prosesini pozmur və nadir hallarda qarın nahiyəsində sancılar verə bilər.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Səna yarpağı uzun illərdir insanlar tərəfindən qəbizliklə mübarizədə geniş istifadə olunur. Amma bitkinin müalicəvi xüsusiyyətləri yalnız bir təsiri ilə məhdudlaşmır. Səna narıncı-sarı rəngli çiçəkləri, uzun yarpaqları olan tropik və subtropik ərazilərdə yetişən kiçik kol bitkisidir. Bizim yaşadığımız ərazilərdə sənaya yabanı şəkildə rast gəlinmir, yalnız mədəni şəkildə yetişdirilir.
Səna qədim dövrlərdən bəri həm ənənəvi tibdə, həm də xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu, bitkinin tərkibinin yüksək effektli bioloji aktiv komponentlər ilə zəngin olmasından qaynaqlanır. Səna yarpaqlarının tərkibi deantron qlikozidləri, flavonoidlər, antroxinon birləşmələr və seliklə zəngindir.
Ümumilikdə səna yarpaqları orqanizmə güclü işlədici, iltihab əleyhinə, sidikqovucu, iştaha artırıcı təsir göstərir, həmçinin həzm vəzilərinin sekresiyasını artırır. Bəzi tədqiqatlar nəticəsində bitkinin göbələk əleyhinə, mikrob əleyhinə, qurdqovucu və ödqovucu xüsusiyyətləri də aşkarlanıb. Sənanın tərkibində əsas təsiredici maddələr antroqlikozidlər və sennozidlərdir. Onların əsas xüsusiyyəti bağırsağın selikli qişasını qıcıqlandırmaq, peristaltikanı artıraraq qida kütlələrinin bağırsağın yuxarı şöbələrindən aşağıya doğru irəliləməsini təmin etməkdir.
Bundan başqa səna məhz bioloji aktiv komponentlər sayəsində suyun və elektrolitlərin bağırsaqlardan sorulmasını ləngidir, nəticədə qarın daxilində osmotik təzyiq artır. Bu da qida kütlələrinin hərəkətinin artmasına, stulun yumşalmasına və bağırsağın boşalmasına gətirib çıxarır. Onu da qeyd edək ki, səna yarpaqlarının işlədici təsiri qəbul anında deyil, tədricən, yəni 8-12 saat ərzində baş verir. Səna yarpaqları qlikozidlər hesabına həzm orqanlarının işini yaxşılaşdırır. Tərkibindəki alkaloidlər sayəsində bağırsaqlarda sancı və spazmı aradan qaldırır, daha dəqiq desək, analgetik effekt verir.
Bitkinin flavonoidləri həzmi yaxşılaşdırmaqla yanaşı orqanizmə antibakterial təsir göstərir. Üzvi turşular hesabına maddələr mübadiləsinin yaxşılaşdırır, orqanizmdən ağır metal duzları, şlak və toksinləri qovaraq bədəni təmizləyir. Səna yarpaqları defekasiya aktının çətinləşməsi, anal çatlar, babasil, düz bağırsağın iltihabı, bəzi öd kisəsi xəstəlikləri zamanı çox istifadə olunur. Bütün bu xüsusiyyətlərə əlavə olaraq səna qaraciyər funksiyasını yaxşılaşdırır, böyrək və sidik yollarından duz və daşların xaric olmasını asanlaşdırır. Əsas tərkib hissəsi səna yarpaqları olan fitopreparatlar mədə-bağırsaq əməliyyatlarından sonra inkişaf edən bağırsaq atoniyası zamanı da təyin olunur.
Əlaqəli yazı mövcud deyil.