HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Mərcangi̇lə Yarpağı

Tərkib:
Mərcangilə yarpaqlarında fenol qlikozidləri (arbutin, metilar­butin, vaksinin, hidroxinon), üzvi turşular (qall, üzüm, ellaq, xin, ursol), flavonoidlər (kversitrin, izokversitrin, kempferol, rutin, avikulyarin, hiperin), aşı mad­dələr(2-17%), katexinlər, makro- və mikroelementlər var.

İstifadəsi:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 30 dəq. qaynayan su hamamında dəmlənir, 10 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 2-3 dəfə, hər dəfə 1/2 stəkan içilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Mərcangilə haqqında ümumi məlumat

Mərcangilə (Vaccinum vitis-idea L) giləmeyvəlilər fəsiləsinə aid çoxillik, həmişəyaşıl, alçaqboylu kol bitkisidir. Bitki əsasən meyvələri ilə tanınsa da, yarpaqları da yüksək bioloji aktivliyə malikdir və dərman bitkisi kimi istifadə olunur. Mərcangilə yarpaqları xalq təbabətində və rəsmi fitoterapiyada geniş tətbiq olunur.

Xalq təbabətində əsasən qədim zamanlardan böyrək və sidik yolları xəstəliklərinin müalicəsində istifadə olunmuşdur. Mərcangilə əsasən şimal və mülayim iqlim zonaları sayılan Skandinaviya ölkələri, Rusiya, Baltikyanı ərazilər, Şimali Amerika, Sibir və Qafqazda yayılmışdır. Azərbaycanda isə dağlıq və meşəlik ərazilərdə, Qusar, Şamaxı, Quba və Lerikdə bitir. Turş və qumsal torpaqlarda daha yaxşı inkişaf edir.

Mərcangilə yarpağının tərkibi

Mərcangilə yarpağının tərkibi zəngin və təsirli kimyəvi maddələr kompleksi ilə seçilir. Bu bioloji aktiv komponentlərə arbutin qlikozidi, flavonoidlər, fenol turşuları, taninlər, A, C, E, K vitaminləri, benzoy və ursol üzvi turşuları aiddir. Bu maddələrdən arbutin qlikozidi böyrək və sidik yollarından keçərək hidroxinona çevrilir. Adı çəkilən maddə isə böyrək və sidik yollarına uroseptiksidikqovucu, eyni zamanda spazmolitik təsir göstərir.

Mərcangilənin uroloji xəstəliklərə təsiri

Mərcangilə yarpağı sidikqovucu təsiri ilə böyrək və sidik yollarını yuyur. Beləliklə böyrək daşı və qumu təmizləməyə yardımçı olur. Sidik axarlarında spazmı azaltdığı üçün böyrək və sidik daşı xəstəliklərində çox fayda verir. Məhz bu xüsusiyyətlərinə görə onu çox zaman quşüzümünə bənzədirlər. Antiseptikantibakterial effekti xüsusilə sidik yolları infeksiyalarında təsirlidir.

Böyrək ləyəninin iltihabı (pielonefrit), sidik kisəsinin iltihabı (sistit), prostatit və digər uroloji problemlərdə istifadə olunur. Sidikqovucu olduğu üçün yüngül ödemlərdə bədənə yığılan artıq mayeni çıxarır.

Mərcangilə yarpağının faydaları

Yüksək arterial təzyiq və ürək çatışmazlığı zamanı əlavə dəstək vasitəsi kimi istifadə olunur. Mərcangilə yarpaqları həzm sisteminin də işini yaxşılaşdırır. Mədə-bağırsaq xəstəliklərində iltihabı və qıcqırmanı azaldır. Büzücü olduğu üçün ishallar zamanı orqanizmdən maye və mineral itkisinin qarşısını alır.

Bu faydalı yarpaqlar tərkibindəki vitamin C və flavonoidlər sayəsində orqanizmə antioksidant təsir göstərir, hüceyrələri oksidativ stresdən qoruyur. Belə ki, maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdırır, onların hüceyrə membranını zədələməsinin qarşısını alır. Bundan başqa damar qoruyucu təsir edərək, damarların divarını möhkəmləndirir, onların elastikliyini artırır, kapilyar keçiriciliyini azaldır, kapilyar qansızmaların qarşısını alır. Mərcangilə yarpaqlarının tərkibi vitamin və minerallarla zəngin olduğu üçün həm də orqanizmin immunitetini gücləndirir, onu xəstəliklərdən qoruyur.

  • “Herba Flora” şirkəti mərcangilə yarpaqlarını ayrıca, Zərif seriyali çaylarda və Uros10 kapsulunun tərkibini zənginləşdirərək istehsal edir.

Əlaqəli bloq yazıları:

Oxşar Məhsullar