HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Çi̇yələk Yarpağı

Tərkibi:
Çiyələk yarpaqlarının tərkibi B qrupunun vitaminləri, askorbin turşusu, karotinoidlər, üzvi turşular (limon, xin, alma), şəkərlər, efir yağlarının izləri, 2%-ə qədər flavo­noidlər (əsasən rutin), aşı maddələri (9%-ə qədər), dəmir, manqan, kobalt və fosforun duzları ilə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə l00 ml (1/2 stəkan) qaynar su tökülür, 5-10 dəq. qaynadılır, 2 saat dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə, hər dəfə 1 xörək qaşığı daxilə qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Çiyələk yarpağının tərkibi

Çiyələk yarpağı yüksək miqdarda kalsium, fosfor, dəmir, maqnezium, sink, mis, kalium, C, A və B qrupu vitaminləri ilə zəngindir. Bu faydalı bioloji komponentlər hesabına orqanizmə büzücü, immunostimulyator, neyrotrop, hipoqlikemik, İltihab əleyhinə, xərçəng əleyhinə, kardiotrop, həzm tənzimləyici təsir göstərir.

İmmunitetə və qan dövranına təsiri

Çiyələk yarpağının tərkibində olan yüksək miqdarda C vitamini immun sistemi dəstəkləyərək xəstəliklərin qarşısını alır, tez sağalmanı təmin edir və xəstəliklərin tez-tez təkrarlanmasının qarşısını alır. B12 vitamini, fol turşusu və dəmir hesabına qan hüceyrələrinin yaranmasına kömək edir, anemiyanın qarşısını alır. Bu komponentlər orqanizmə həmçinin sakitləşdirici və yaddaş gücləndirici kimi təsir göstərir.

Çiyələk yarpağının həzm sisteminə təsiri

Tərkibində olan liflər (sellüloza) həzmi yaxşılaşdırır, həzm fermentlərini aktivləşdirərək qidanın asan parçalanmasına kömək edir. Xüsusi ilə çiyələk yarpaqlarının tərkibindəki tanin bağırsaqların selikli qişasına büzücü təsir göstərərək ishalı dayandırır, orqanizmdən maye itkisinin qarşısını alır. Həmçinin bürüyücü effekt verərək bağırsağın mənfəzində olan toksinlərin qana sorulmasının qarşısını alır.

Çiyələk yarpağı eyni zamanda bağırsaqlarda yaranmış iltihabi prosesləri söndürür, bağırsaq mikroflorasını normallaşdırır və su-duz balansını bərpa edir. İshal və qusma ilə müşayiət olunan bağırsaq xəstəliklərində bu bitkinin yarpaqları çox faydalıdır.

Çiyələk yarpağının ürək-damar sisteminə faydaları

Çiyələk yarpağı dəmləməsinin müntəzəm qəbul edilməsi qanda trigliserid səviyyəsini aşağı salaraq ürək xəstəliklərinin qarşısını alır. Bitkinin yarpağının tərkibindəki antosianinlər orqanizmdə xolesterin səviyyəsini tarazlayaraq ürək-damar xəstəliklərindən və arterial hipertenziyadan qoruyur.

Çiyələk yarpağının tərkibində olan antioksidantlar beynin qavrama qabiliyyətinin artırır, sinir hüceyrələrinin məlumatı emal etmək və ötürmək xüsusiyyətlərini aktivləşdirir. Yaddaşı dəstəkləməklə Alsheymer kimi ciddi xəstəliklərin yaranmasının da qarşısını alır.

Çiyələk yarpaqlarının dəmləməsi hipoqlikemik təsir edir və qanda şəkərin səviyyəsini tənzimləyir. Əsasən tərkibindəki antosianinlər sayəsində bədəndə insulin ifrazını artırır, bununla qlükozanın bədən hüceyrələri tərəfindən mənimsənilməsini asanlaşdırır. Həmçinin toxuma və hüceyrələrin zədələnməsinin qarşısını alır, orqanizmi şiş və virus xəstəliklərindən qoruyur. Yarpaqların tərkibində olan fitokimyəvi maddələr xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır və mövcud xərçəng hüceyrələrinin metastaz verərək yayılmasına və bölünərək çoxalmasına tormozlayıcı təsir göstərir.

  • “Herba Flora” şirkəti çiyələk yarpaqları ilə zəngin Dianat şərbəti istehsal edir. Həzmin pozulması və ishal zamanı bu şərbətdən istifadə etməklə ishalın qarşısını almaq mümkündür. Bundan əlavə şirkət bitkinin yarpaqlarını ayrıca dəmləmə üçün də istehsal edir. Yay mövsümündə ishal və qusma ilə müşayiət olunan xəstəliklərin müalicəsini sürətləndirmək üçün çiyələk yarpaqları ilə zəngin Dianat şərbətindən istifadə edin!

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar