HerbaBot sizə kömək üçün burdadır!

HerbaBot-dan istifadə üçün qeydiyyatdan keçin!

Profile Icon

Herba Flora – BOT

Online

Məhsullar

Bədrənc Yarpağı

Tərkib:
Bədrənc yarpaqlarının tərkibi sitral, sitronellal, mirsen, geranioldan ibarət olan və güclü limon qoxusuna malik efir yağı (0,33%-ə qədər), həmçinin aşı maddələri, karotin, selik, qətran, askorbin, qəhvə, oleanol, ursol turşuları, mineral duzlar və şəkərlərlə zəngindir.

İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, 15 dəq. dəmlənir, 45 dəq. otaq temperaturunda soyudulur, süzülür. Gündə 3-4 dəfə hər dəfə 1/4 stəkan yeməkdən sonra qəbul edilir. Həzm prosesini yaxşılaşdırmaq üçün isə yeməkdən 15 dəq. əvvəl qəbul edilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Ətraflı Məlumat

Melisa və ballı nanə kimi tanınan bədrənc yarpağı

Dərman bədrənci çoxillik ot bitkisidir. Xalq təbabətində özünəməxsus yer tutur. Cənubi Avropa, Balkan ölkələri, Kiçik Asiya, Yaxın Şərq, Azərbaycan və Gürcüstanda geniş yayılıb. Onun yabanı forması Aralıq dənizi regionu mənşəlidir.

Bitkinin tərkibi bir çox faydalı bioloji aktiv komponentlərlə zəngindir. Bunlara sitral aldehidi, gernial, neqral, sitronellal, linalool, heraniol, beta-kariofillen, karofillen-oksid, hermalkanren, menton, rozmarin turşusu, kofein, kversetin, ursul, olein turşusu, tannin, acı maddələr, üzvi turşular, C vitamini, karotin, K, Mg, Fe, Mn, Zn və digər mikroelementlərlə zəngindir.

Bədrənc yarpağının faydaları

Sitral aldehidi və fenol sayəsində dərman bədrənc yarpağı orqanizmə sedativsakitləşdirici təsir göstərir. Həyəcanı azaldır, yuxunu yaxşılaşdırır, sinir sistemini sakitləşdirir. Tərkibindəki heraniol və fenol turşuları mədə və bağırsaqlarda spazmı azaldır, mədənin turşuluğunu azaltmağa kömək edir. Ağrını kəsir, motorikanı yaxşılaşdırır, həzm sisteminin işini yaxşılaşdırır, öd yollarına müsbət təsir göstərir.

Qıcqırma, köp, spazm, həzm pozulmalarını azaldır. Bağırsaqların hərəkətliliyini tənzimləyir. Virus əleyhinə və bakteriya əleyhinə təsir göstərir. Bitkinin efir yağları herpes viruslarına zəiflədici təsir göstərir, Kandida göbələyini və bir çox bakteriyaları məhv edir. Dərman bədrənc yarpağının dəmləməsi stomatit zamanı ağızı yaxalamaq üçün istifadə olunur.

Kversetin, apigenin, luteolin kimi bioloji aktiv maddələr qan kapilyarlarını möhkəmləndirir, damarların tonusunu azaldır, iltihabı aradan qaldırır. Sitokinlər, prostaglandinlər və iltihab mediatorlarının sekresiyasını azaldır. Koronar damarları genişləndirərək ürəyin qidalanmasını yaxşılaşdırır. Ürək nahiyəsindəki ağrıları aradan qaldırır, ürək döyünmələrinin sayını azaldır, arterial təzyiqi aşağı salır, yüngül sidikqovucu effekt verir.

Fenol birləşmələri sayəsində orqanizmə antioksidant təsir göstərir. Maddələr mübadiləsi nəticəsində əmələ gələn sərbəst radikalları neytrallaşdıraraq onların bədən hüceyrələrinə dağıdıcı təsirinin qarşısını alır. Yaşlanma və şiş əleyhinə təsir göstərir.

Bədrənc yarpağının sinir sisteminə təsiri

Bütün bunlardan əlavə bədrənc yarpaqları beyindəki GABA reseptorlarını stimullaşdıraraq sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, yaddaşı və diqqəti gücləndirir, koqnitiv funksiyaları tənzimləyir, vərdişlərin formalaşmasını asanlaşdırır. Bu dərman bədrənc yarpağının ən əsas xüsusiyyətlərindəndir. Sinir qoruyucu və neyron qoruyucu olması, asetilxolini parçalayan xolinesteraza fermentini inhibə etməsi onun demensiya və Alzeymer xəstəliklərinin inkişaf riskini azaltdığını göstərir.

Bundan başqa sitral, sitronellal və linalool birləşmələri beyində melatonin və seratonin səviyyəsini tənzimləyir. Yuxusuzluq zamanı çay və ekstraktının istifadəsi faydalıdır. Bədrənc sinir hüceyrələri arasında informasiyanın rahat ötürülməsini, beyində məlumatın təhlili və işçi orqana ötürülməsini də təmin edir. Panik atak, sinir gərginliyi, nevroz, hiperaktivlik hallarında istifadə olunur.

  • “Herba Flora” şirkəti bədrənc yarpağını ayrıca xırdalanmış xammal şəklində, həmçinin filtr-bağlamalarda çay formasında istehsal edir. Sakitləşdirici və yuxunu tənzimləyici Florelax çayının, Sedat10 kapsulunun və təzyiqi tənzimləyən Teakard çayının tərkibi də bu bitki ilə zənginləşdirilmişdir.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar