Məhsullarımız
Bitkilər
Toxum
Qarazi̇rə Toxumu
Tərkibi:
Efir yağları, essensial yağ turşuları, fitosterinlər, amin turşuları, qlikolipidlər və fosfolipidlər, tanin, melantin, nigellisin, minerallar (Fe, Na, Cu, Zn, P və Ca).
Farmakoloji təsiri:
Qara zirə ağrıkəsici, antibakterial, göbələk və virus əleyhinə təsirlərə malikdir. Qan dövranını yaxşılaşdırır, iltihab əleyhinə təsir edir və trofik yaraların sağalmasını sürətləndirir. İmmun sistemi möhkəmləndirir, arterial təzyiqi salır, qaraciyərqoruyucu, antioksidant xüsusiyyətlərə malikdir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır, şiş hüceyrələrinin əmələ gəlməsini və böyüməsini ləngidir. Antiallergik təsir göstərir, bronxları genişləndirir, qanyaranmanı sürətləndirir. Bağırsaq mikroflorasını tənzimləyir, həzm fermentlərinin aktivliyini artırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır. Orqanizmin hormonal balansını tənzimləyir, cinsi qabiliyyəti artırır.
İstifadəsinə göstəriş:
Müalicə və profilaktika məqsədilə qara zirə bitkisinin toxumlarından və Fitooil Qara zirə yağından istifadə olunur.
Əks göstərişlər:
İmmunosupressiv preparatların təsir effektini azaltdığı üçün sonuncularla birlikdə qəbulu məsləhət görülmür. Həmçinin hamiləlik və laktasiya müddətində qəbulu məsləhət deyil. Mədə xəstəliklərində yeməkdən sonra qəbul olunur.
İstifadə qaydası:
Xaricə:
Fitooil Qara zirə yağı gündə 2 dəfə dərinin zədəli nahiyəsinə çəkilir.
Qara zirə toxumu xaricə məlhəm şəklində istifadə olunur.
Resept: 400 ml alam sirkəsi isidilir, üzərinə 200 qram üyüdülmüş qara zirə toxumları əlavə edilir. Qaynadıqdan sonra qarışığa qarğıdalı nişastası əlavə edərək qarışdırılır və ocaqdan götürülür. Alınmış məlhəm soyuduqdan sonar tünd rəngli şüşə qaba yerləşdirilir, sərin və qaranlıq yerdə saxlanılır. Gündə 2 dəfə xəstə nahiyəyə çəkilir.
Daxilə:
Fitooil Qara zirə yağı 3 ay müddətində gündə 2 dəfə böyüklər üçün 1 xörək qaşığı, uşaqlar üçün 1 çay qaşığı yeməkdən əvvəl daxilə qəbul edilir.
Qara zirə toxumundan 10 qram (1 xörək qaşığı) 200 ml qaynar suda dəmlənir, 3 ay müddətində gündə 3 dəfə daxilə qəbul olunur.
Buraxılış forması:
Fitooil Qara zirə yağı – tünd rəngli şüşə flakonda, 100 ml; qara zirə toxumu – karton qutuda, 50 qr.
Saxlanma qaydası:
250C-dən yüksək olmayan temperaturda, qapağı bağlı şəkildə qaranlıq yerdə saxlanılmalıdır. Qapağı açıldıqdan sonra 1 ay müddətində istifadə edilməlidir.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Qarazirə xalq təbabətində öz faydaları ilə məşhur olan bir bitkidir. Bitkinin müalicəvi möcüzələri haqqında hətta Quranda da bəhs edilir. Qarazirə toxumu zəngin kimyəvi tərkibə malikdir və sağlamlıq üçün çox faydalı olan bioloji aktiv maddələr ilə zəngindir.
Tərkibində 15-dən çox müxtəlif amin turşusu vardır. Bunlardan bəziləri orqanizm üçün vacib sayılan əvəzolunmaz amin turşularıdır. Bitkinin tərkibi B1 (tiamin), B2 (riboflavin), B3 (niasin) kimi B qrupu vitaminləri, həmçinin C vitamini ilə, minerallardan isə kalsium, kalium, sink, dəmir, maqneziumla zəngindir.
İmmunostimulyator
Təzyiqsalıcı
Qaraciyərqoruyucu
Böyrəkqoruyucu
Sinirqoruyucu
Qarazirə toxumu orqanizmə bir çox fayda təmin edir. Kalsium sayəsində qarazirə toxumu sümükləri möhkəmləndirir. Tərkibində olan kalium ürək-damar və əzələ funksiyalarını yaxşılaşdırır. Bitkinin zəngin sink tərkibi immun sistemi gücləndirir, bədənin müqavimətini artırır və xəstəliklərə qarşı müdafiəni təmin edir.
Qarazirə toxumu stafilokoklara, bağırsaq çöplərinə qarşı aktiv mübarizə aparır. İltihab mediatorlarının ifrazını ləngidərək iltihab əleyhinə, eyni zamanda mikrob əleyhinə, göbələk əleyhinə, virus əleyhinə təsir göstərir. Maddələr mübadiləsini aktivləşdirir, qanda şəkərin miqdarını azaldır, hüceyrələrin insulinə həssaslığını artırır. Qandakı qlükozanın toxumalar tərəfindən rahat mənimsənilməsini təmin edir. Qarazirə toxumu “zərərli” xolesterolun miqdarını azaltmaqla və “faydalı” xolesterolun miqdarını artırmaqla qanda xolesterol səviyyəsini tənzimləyir, nəticədə qan təzyiqini azaltmağa kömək edir. Mədə-bağırsaq problemlərini yüngülləşdirir, bağırsaq mikroflorasını tənzimləyir. Həzm fermentlərinin aktivliyini artırır, bağırsağın peristaltikasını normallaşdırır.
Qarazirə toxumunun tərkibində olan ən təsirli maddələr timokinon, timohidrokinon və ditimokinon güclü antioksidantlardır. Orqanizmi sərbəst radikalların zərərli təsirlərindən qoruyur, şiş hüceyrələrinin böyüməsinin və inkişafının qarşısını alır. Qanyaranmanı sürətləndirir, ətraf toxumaların sinir təchizatını normallaşdırır. Əsəbləri sakitləşdirir, yuxuyagetməni və yuxunun keyfiyyətini yaxşılaşdırır.
Orqanizmdə hormonal balansı tənzimləyir, cinsi qabiliyyəti artırır.Bundan əlavə E və A vitamini ilə zəngin olduğu üçün dəridə sızanaq və səpgilərin, ekzema və digər dermatoloji xəstəliklərin müalicəsində çox effektlidir. Qıcıqlanmış dərini sakitləşdirir, nəmləndirir və yaraların sağalmasını tezləşdirir. Qarazirə toxumları alfa və beta-karotinlə zəngin olduğu üçün gözün görmə qabiliyyətini yaxşılaşdırır. Belə ki, qarazirə göz daxilində işığahəssas piqment hesab edilən rodopsinin yaranmasını sürətləndirir, bu da gözün işıqlanmaya qarşı adaptasiyasını yaxşılaşdırır. Qarazirə həmçinin torlu qişanın degenerasiyası və katarakta kimi göz xəstəliklərinin inkişafının qarşısını alır.
Əlaqəli yazı mövcud deyil.