Məhsullar

Murdarça Qabığı

İstifadəsinə göstəriş:
Yoğun bağırsağın tonusunu və peristaltikasını artıraraq latent dövrlü işlədici təsir göstərir, bağırsaq atoniyasında və xroniki qəbizlikdə tətbiq edilir.

İstifadə qaydası:
İki xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 30 dəq. qaynadılır, otaq temperaturunda soyudulur, süzülür. Axşam yatmazdan əvvəl 1/2 stəkan daxilə qəbul edilir.

Herba Flora məhsullarını necə əldə edə bilərəm?

Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.

Herba Flora məhsulları ilə bağlı sualları rəsmi Sosial Media hesablarımız (Instagram, Facebook, YouTube, TikTok, X) üzərindən bizə yönləndirə bilərsiniz. Suallar həftə içi iş günləri və iş saatları ərzində (08:00 – 16:30) növbə ilə cavablandırılır.

Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.

Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.

Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79

Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.

Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.

Kateqoriyalar ,

Ətraflı Məlumat

Murdarça qabığı xalq təbabətində geniş istifadə olunur. Bitki əsasən göl və çay hövzələrində, bataqlıqların kənarında bitir. Rusiyanın Avropa hissəsində, Qafqazda, Şimali Amerika ərazisində geniş yayılıb. Murdarça adətən may-iyun aylarında çiçəkləyir.

İşlədici bitki – Murdarça qabığı

Bitki ödqovucu olduğu üçün ödün durulaşaraq axmasına kömək edir, həzm prosesini yaxşılaşdırır, maddələr mübadiləsini sürətləndirir. İltihab əleyhinə təsir edir və bağırsaqların iltihabi xəstəliklərində geniş istifadə olunur. Tərkibində olan fenol birləşmələr sayəsində antiseptik effekt verərək bağırsaqlarda patogen mikroorqanizmləri məhv edir, infeksiyaların inkişafının qarşısını alır.

Murdarça qabığı yumşaq təbii işlədici vasitə kimi tanınır. Qabıqda olan antraxinon törəmələri laksativ təsir göstərərək bağırsaların hərəkətini stimullaşdırır. Yoğun bağırsağa düşən antraqlikozidlər bağırsaq mikroflorasının fəaliyyəti nəticəsində aqlikonlara çevrilir. Bu maddələr bağırsaqların selikli qişasında sinir uclarını qıcıqlandırır. Antraqlikozidlər suyun və elektrolitlərin bağırsaqdan sorulmasını ləngidir, bağırsaq möhtəviyyatının həcmi artdığına görə peristaltikası sürətlənir. Nəticədə işlədici effekt verərək bağırsağın rahat boşalmasını təmin edir, qəbizlik problemini aradan qaldırır.

Murdarça qabığının qəbulundan adətən 8-12 saat sonra işlədici effekt əldə olunur. Məhz bu səbəbdən murdarça qabığı bağırsaq atoniyası və xroniki qəbizlikdə tətbiq edilir. Bundan başqa bitki spazmolitikdir, bağırsaqlarda olan sancı və ağrıları tez bir zamanda aradan qaldırır. Antibakterial və antifunqal olduğu üçün bakteriya və göbələklərə qarşı aktiv mübarizə aparır.

Murdarça qabığının həzm sisteminə təsirləri nələrdir?

Murdarçanın qabığında olan flavonoidlər və digər fenol birləşmələri gün ərzində və həzm prosesi zamanı yaranan sərbəst radikallarla mübarizə apararaq bədənin hüceyrələrini qoruyur. Ağır metal duzlarının, şlakların, toksinlərin bədəndən xaric olmasına dəstək olur. Bitkinin tərkibi çox miqdarda bioloji aktiv komponentlərlə, əsasən də antioksidantlarla zəngin olduğu üçün şişəleyhinə təsir göstərir. Anus ətrafında əmələ gələn xarici babasilin təbii dərmanıdır. Bundan başqa çiban və kəsilmiş yaraların müalicəsində təbii dərman vasitəsi kimi istifadə olunur.

Qaraciyər hüceyrələrinin yenilənməsinə kömək edir, orqanın zərərsizləşdirmə funksiyasını yaxşılaşdırır. Murdarça qabığı sidikqovucu təsir göstərir, böyrəklərdən və sidik yollarından duzları xaric edir. Sistit, uretrit, böyrək və sidik yollarında daşlar zamanı çox faydalıdır. Qarın boşluğunda qaz və şişkinliyi aradan qaldırır. Zəhərlənmələrə qarşı güclü effekt verir, həmçinin qusdurucu təsirə malikdir. Bundan başqa qan dövranını tənzimləyərək damar tıxanıqlığı və ürək xəstəlikləri riskini azaldır.

  • “Herba Flora” şirkəti sizlər üçün murdarça qabığı tərkibli tam təbii, yüksək keyfiyyətli Teartroz çayı istehsal edir. Tərkibi işlədici, sidikqovucu və ödqovucu bitkilərlə zəngin olan bu fitoçay orqanizmi maddələr mübadiləsinin zərərli məhsullarından azad edir. Oynaqların iltihabi xəstəlikləri, oynaq ağrıları zamanı çox faydalıdır.

Əlaqəli bloq yazıları:

Əlaqəli yazı mövcud deyil.

Oxşar Məhsullar