Məhsullarımız
Bitkilər
Ot
Yarpız Otu (Su Nanəsi)
Tərkib:
Yarpız otunun tərkibi mentolun sirkə və valerian turşuları ilə efirləri, α- və β-pinen, limonen, dipenten, fellandren, sineol, sitral, geraniol, karvon, dihidrokarvon, həmçinin linolen, linol, palmitin turşular, aşı maddələri, mikroelementlər (kalium, kalsium, fosfor, natrium, dəmir, sink), A, B qrupu, C, PP, D vitaminləri, mono- və seskviterpenoidlər, triterpenoidlər, fenilpropanoidlər, flavonoidlər, alifatik karbohidrogenlər və spirtlər, yağ turşuları ilə zəngindir.
İstifadəsi:
Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 20 dəq. dəmlənir, soyudulur, süzülür. Alınmış dəmləmə ilıq şəkildə gün ərzində içilir. Dəmləməni sərin yerdə 2 sutkaya qədər saxlamaq olar.
Herba Flora məhsullarını ölkə üzrə bütün apteklərdən və FitoClub mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.
Herba Flora məhsullarının qiymətlərini ölkə üzrə bütün apteklərə yaxınlaşaraq öyrənə bilərsiniz.
Çatdırılma xidməti ilə bağlı FitoClub mağazalar şəbəkəsinə və online apteklərə müraciət edə bilərsiniz.
Fizuli Hüseynovun qəbuluna yazılmaq üçün Herba Medical Center ilə əlaqə saxlamağınız xahiş olunur.
Əlaqə nömrələri:
(012) 409 62 35
(055) 304 26 79
Ünvan: Sabunçu rayonu, Bəşir Bünyadov 2578-ci məhəllə.
Herba Medical Center Koroğlu m/st yaxınlığında yerləşir. Pasiyentlərin rahat gəliş-gedişi üçün metrodan tibb mərkəzinə və geriyə nəqliyyat servisi təşkil olunmuşdur.
Yarpız xalq təbabətində və kulinariyada çox istifadə olunan, xoş ətirli dərman və ədviyyat bitkisidir. Əsasən Aralıq dənizi regionu, Cənubi Avropa, Qafqaz, Yaxın Şərq və Orta Asiyada geniş yayılıb. Azərbaycanda isə Şəki-Zaqatala, Lənkəran-Astara, Quba-Xaçmaz bölgələri, dağətəyi və rütubətli yerlər, çay kənarları yarpızın ən çox yayıldığı ərazilərdir.
Bitkinin tərkibi bir çox faydalı bioloji aktiv komponentlərlə zəngindir. Bura puleqon əsaslı efir yağları, mentol, menton, limonen, sineol, karvakrol, həmçinin flavonoidlər, taninlər, A, C, B qrup vitaminləri, kalium, kalsium, maqnezium, dəmir kimi minerallar, üzvi turşular, saponinlər və acı maddələr aiddir.
Yarpız həm xalq təbabətində, həm də müasir tibdə çox geniş istifadə olunur. Tərkibindəki bioloji aktiv maddələr hesabına mədə-bağırsaq spazmını azaldır, həzmin pozulması, köp və ishalda kömək edir. Həzm traktında qaz əmələ gəlməsini azaldır, bağırsaqlarda toplanmış qazın xaric olmasını asanlaşdırır. Acı və aromatik maddələr sayəsində mədə şirəsini artırır. Yarpız dəmləməsi ishal zamanı bağırsaq peristaltikasını tənzimləyir.
Hamiləlik dönəmində, həmçinin səyahət zamanı ürəkbulanma və qusmanı azaldır. Antioksidant tərkibi sayəsində orqanizmin müdafiə sistemini gücləndirir, immunitet yüksəldici təsir göstərir. Bundan əlavə sərbəst radikalları neytrallaşdıraraq onların orqanizmə dağıdıcı təsirinin qarşısını alır. Bununla da şiş hüceyrələrinin inkişafını önləyir, ümumilikdə bədənin və daxili orqanların vaxtından əvvəl yaşlanmasını ləngidir.
Tərkibindəki puleqon və digər uçucu maddələr bakteriya və göbələk əleyhinə təsir edir. Qarqara və buxar vannası şəklində boğaz ağrısı, qrip, sinusit, burun tutulması və soyuqdəymədə istifadə olunur. Tənəffüs yollarına iltihab əleyhinə təsir göstərir. Traxeya və bronxların selikli qişasında kirpikli epiteli ehtizaza gətirərək bəlğəmin xaric olmasını sürətləndirir. Kəskin respirator xəstəliklər, bronxial astma və bronxit zamanı bitkinin dəmləməsi yardımçı vasitə kimi müntəzəm qaydada qəbul edildikdə xəstənin vəziyyətini qısa zamanda yaxşılaşdırır.
Ayaq göbələkləri və dəri infeksiyalarında xaricə istifadəsi faydalıdır. Yarpız qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mülayim detoks təsiri ilə orqanizmi təmizləyir. Sidikqovucu effekt də verərək böyrəyin işini yaxşılaşdırır. Ödem və şişkinliyi azaldır, orqanizmi ağır metal duzlardan, şlak və toksinlərdən azad edir. Su-duz balansını tənzimləyir. Sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, sakitləşdirici və yuxugətirici təsiri var. Baş ağrısını, miqreni və stressi azalda bilir. Yarpızın efir yağı ilə masaj bədənə rahatlıq gətirir. Axşam yarpız çayı içmək yuxunu tənzimləyə bilər. Ağrıkəsici və spazm əleyhinə effekt verdiyi üçün menstruasiya ağrılarını azaldır, aybaşı siklini düzənli vəziyyətə salır.
Əlaqəli yazı mövcud deyil.